mumtv.az
mumtv.az

Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ... - AMEA-nın maşınları Mehdiyevlərin biznesinə xidmət edir

Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ... - AMEA-nın maşınları Mehdiyevlərin biznesinə xidmət edir
4-06-2021, 11:37 70 dəfə baxılıb

Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin AMEA-da həyata keçirdiyi növbəti özbaşınalığı, korrupsiyaya yol açan aşkar maliyyə maxinasiyaları üzə çıxır. Adının önündə akademik elmi adını daşıyan, lakin, ölkə elminin real inkişafına heç bir innovativ töhfə verməmiş, əslində baltalamış biri - indiki ahıl çağında belə bu barədə düşünməyən Ramiz Mehdiyev sən demə AMEA-nın istifadəsində olan avtomaşınları da özünün və ailə üzvlərinin dəyəri 100 milyonlarla ölçülən bizneslərinin inkişafına yönəldirmiş. Çünki oliqarxiya maraqları ilə nəfəs alan cənab Mehdiyevi elmi mühit yox, yenə öz doğmaları və varidatı daha çox maraqlandırır.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev 06 fevral 2020-ci il tarixli Dövlət Neft Fondu (bundan sonra DNF-red) ilə AMEA arasında bağlanmış /DNF/X-02 nömrəli/ müqavilə əsasında Dövlət Neft Fondu tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrini təyinatından yayındıraraq nəvəsinin adına təsis edilmiş "Hikmət İnşaat" MMC-nin istismarına verib. Akademik baba "nəvəsi"nin ixtiyarına buraxdığı avtomaşınların əslində Neft Fondunun yalnız AMEA-nın elmi-tədqiqat işləri, sosial tədbirləri və digər ehtiyacları üçün ayırmış olduğunu heçə sayaraq quruma və kollektivinə faydası toxunmayan həmin avtomaşınların yanacağının və servisinin də AMEA büdcəsi hesabına qarşılanmasını təmin edib.

"Hikmət İnşaat" MMC ilə AMEA arasında 28 iyul 2020-ci il tarixdən mövcud olan rəsmi müqavilədən görünür ki, "FORD-Transit-350L" markalı 1 ədəd mikroavtobus, eləcə də "Toyota Land-Cruiser" markalı 2 ədəd, "Honda-Kvadrotski" markalı 5 ədəd minik avtomobillərini 1 ildir ki, AMEA özü deyil, faktiki olaraq sözügedən MMC istifadə edir.

Bir daha qeyd edirik ki, ilkin icarə məqsədlərində AMEA-nın əməkdaşlarının gediş-gəlişini və akademiya üçün nəzərdə tutulan zəruri işlərin təşkilini asanlaşdırmalı olan həmin avtomaşınlar yalnız Ramiz Mehdiyevin maddi maraqları naminə "Hikmət İnşaat" MMC-yə xeyir verir, AMEA-nın büdcəsinə isə maddi zərər vurur.

Baş verənlər artıq akademiyada geniş müzakirələrə və narazılıqlara da səbəb olub, nəticədə cari ilin aprelində AMEA Rəyasət Heyəti İşlər İdarəsinin müdiri Elton Məmmədovun imzası ilə AMEA ilə "Hikmət İnşaat" MMC arasındakı müqaviləyə 01 may 2021-ci il tarixdən etibarən xitam verildiyi elan edilib. Lakin, qarşı tərəf avtomaşınları geri qaytarmaqdan yayınıb. Ramiz Mehdiyev də öz növbəsində E.Məmmədovun məktubuna qarşı çıxıb və sonuncunun vəzifəsindən azad edilməsi üçün hərəkətə keçib. Elton Məmmədovun hazırda məzuniyyətdə olduğu bildirilir.

Onu da bildirək ki, avtomaşınlar "saxlayıcı"ya icarəyə verilsə də xoşbəxtlikdən Dövlət Neft Fondunun mülkiyyətində və sərəncamında saxlanılır.
Amma Ramiz Mehdiyev bununla da yetinməyib. O, kürəkəni olan İlham Əliyevin qardaşı, hazırda AMEA-da Rəyasət Heyəti İşlər İdarəsinin (bundan sonra - İİ) müdir əvəzi kimi təmsil olunan Fikrət Əliyevlə sövdələşərək İİ-nin "Dentlab" MMC ilə aralarında bağlanan müqaviləyə əsasən, 108 saylı, 03 may 2021-ci il tarixli ƏMR də imzalatdırıb. Həmin əmrə əsasən isə, "Dentlab" MMC-yə məxsus "TOYOTA-AVALON" markalı AZ90-AF-040 dövlət nömrə nişanlı 2015-ci il buraxılışlı avtomobili xidməti ehtiyaclar üçün istifadə adı altında AMEA-nın balansına aldırıb. Və həmin maşının da texniki qulluğunu, yanacaq sərfiyyatını, bütün təmir-servis işləri üzrə xərclərin təminatını AMEA-nın maliyyə vəsaiti hesabına qarşılanması barədə süni maddi öhdəlik yaradıb.

Ramiz Mehdiyevin AMEA-nın guya istifadəsinə götürdüyü, lakin həmişəki kimi kürəkəni İlham Əliyevə məxsus "Dentlab" MMC-nin faktiki xidmətində qalan maşın Fikrət Əliyevin öz sürücüsü Azad Əmirovun adına təhkim edilib. Belə çıxır ki, AMEA Rəyasət Heyəti İİ-nin müavini Fikrət Əliyevin istifadəsində paradoksal olaraq iki xidməti avtomaşın var. Çünki, Fikrət Əliyev onsuz da AZ99-PD-525 dövlət nömrə nişanına sahib olan xidməti avtomaşında gəzirdi və həmin maşın da sürücüsünə təhkim olunub. Başqa maşına da ehtiyac duyulmayıb. Bu hal özü dəlildir ki, AMEA-nın inzibati-nəqliyyat-təsərrüfat şöbəsi və sözügedən "xidməti maşınlar" Mehdiyevlərin şəxsi biznes maraqları ilə idarə edilir.

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında "Hikmət İnşaat" MMC və "Dentlab" MMC-nin eyni ünvanda - AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 115-də qeydiyyata alındığı görünür.

Təəssüf edirik ki, akademik Ramiz Mehdiyev ailə biznesi naminə Dövlət Neft Fondunu da aldatmaqdan çəkinməyib. İnanaq ki, "boz kardinal"ın bu əməlinə ölkə rəhbərliyi tərəfindən hüquqi qiymət veriləcək, AMEA adı altında sürülən avtomaşınların əyləci basılacaq...
(mövzu diqqətimizdədir)

Demokratik.Az

Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...
Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA