Gündəm

Almanın tükənməz faydaları

Almanın tükənməz faydaları

MUMtv.az: - Almanın meyvəsindən, qurudulmuşundan və hazırlanan içkilərindən istifadə edilir. Alma hər il yarpaqlarını dəyişən ağaclardan olub ağ-çəhrayı rəngdə çiçək açır. Onun meyvələri növündən asılı olaraq yaz və payız aylarında yetişir. Alma ağacı həm bağlarda, həm də həyətyanı sahələrdə yetişən ağacdır. Alma ağacının çiçəkləri yaz aylarında bağları bəzəyir.

Alma meyvəsinin rəngi və dadı növündən asılı olaraq fərqli olur. Alma ağacına yaxşı qulluq edildikdə arzu olunan qədər məhsul əldə eləmək olur. O istidə və kölgədə də bar verir.Alma ağacı yanlız nəmişlik və çiçəklərini don vurduqda bar vermir. Almanın bəzi dekorativ növləri vardır ki, onları bağlarda və parklarda yetişdirirlər.

Alma bərk, özünəməxsus dada malik bir meyvədir. Bərk olmasına baxmayaraq onu asanıqla dişləmək mümkün olur. İndi almanın müxtəlif şəraitdə uyğun olaraq yetişə bilən növləri çoxdur. Bizim bölgələrdə almanın əsasən Ağ alma, Melba, Kalvil, Sinab,Qızıləhməd, Renet, Anton, Spartan, Simirenko, Conotan,Qafqaz, Borovinko və s. növləri yetişdirilir. Həyətyanı sahədə alma ağacı yaxşı qulluq olunduqda 100 il, yabanı halda isə 300 il ömür sürə bilir. O əkildikdən 4-12 il sonra bar verməyə başlayır. O 40-50 il bar verə bilir. Alma 8-12 gün müddətində bütün çiçəklərini açır, amma bu çiçəklərdən 30%-i meyvəyə çevrilir. Alma ağacı soyuğa davamlı ağacdır O - 42*C-yə davam gətirə bilir. Almanın vətəni Orta Asiya ölkələri sayılır. Alimlərin araşdırmaları alma ağacını ilk dəfə Qazaxıstanın Çinlə sərhəd olan bölgələrində yetişdiyini söyləyirlər. Alimlər almanın müxtəlif meyvələrin təbii hibridləşməsi sayəsində əmələ gəldiyini düşünür. Bu barədə Berri Cuniper “Alamnın tarixi” adlı kitabında çoxlu məqalələr yazmışdır.

Kitabda yazılanlara görə şirin almanı ilk dəfə Qazaxıstan dağlarından ayılar yaymağa başlamışlar. Sonralar isə alma Avropa ölkələrinə və Fars körfəzinə qədər yayılmış və alma bağları formalaşmağa başlamışdır. Indi dünyanın bir çox ölkələrində alma bağları və müxtəlif növlərdə alma növləri var. Alma çox da yüksək kalorili meyvə hesab edilmir. 100 qram almada 47 kKalori var. Bu meyvənin tərkibində yağların miqdarı çox azdır, amma karbohidratlar yetərincə insanı tox saxlaya bilir. 100 qram qurudulmuş almada isə 253 kKalori olur. Almanın tərkibi 80% sudan, 20% isə digər maddələrdən ibarətdir. Bu maddələrə kalium, natrium, kalsium, maqnium, fosfor, dəmir, yod, A, B1, B3, PP, C və digər faydalı vitaminlər var. Alma az kaloriyə malik və dieta saxlayanlar üçün ideal qida maddəsi hesab edilir. Almanın tərkibi təbii turşularla(alma, limon, üzüm və s.) zəngindir. Almanın tərkibində olan maddələr bağırsaqlarda yığılıb qalmış artıq maddələrin xaric olunmasına, bağırsaqların təbii yollarla təmizlənməsinə səbəb olur. Sağlam bağırsağın uzun ömürlülüyün səbəbi olduğunu nəzərə alsaq almanın insan üçün nə qədər faydalı olduğunu söyləməyə ehtiyac qalmaz. Alma yemək bütün insanlar üçün çox faydalıdır, alma şirəsi içmək hətta, xəstə adamlar üçün məsləhət görülür.

İnsanın hər səhər aqarına 1-2 turş alma yeməsi çox faydalıdır. Orqanizmin yaxşı təmizlənməsi üçün 2-3 həftədən bir alma günü təyin emək məsləhət görülür. Bu zaman təyin olunmuş gün ərzində yanlız alma yemək lazımdır. Bu mini-alma dietası adlanır və bağırsaqların təmizlənməsinə səbəb olur. Almanın tərkibində nadir hallarda tapılan G vitamini var. Onun tərkibndə olan A vitamini portağalın tərkibindəkindən daha çoxdur. Bu da almanı orqanizm üçün çox vacib meyvə olmasına səbəb olur. Təzə dərilmiş alma yemək mədə şirəsinin artmasına səbəb olur. Almanın tərkibində təbii antibiotiklər var. Hər gün alma yemək qanda olan qızılı stafilokokkların məhv olmasına, toksinlərin orqanizmdən xaric olmasına, üz dərisindəki sızanaqların təmizlənməsinə, qripp əmələ gətirən virusların məhv olmasına səbəb olur. Alma yemək podaqra və böyrək daşı xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Mütəxəssislər sidiyin analizində sidik cövhəri, duzlar və daşlar çox olan adamlara hər gün alma yeməyi məsləhət bilir. Alma ödqovvucu xüsusiyyətə malik olduğu üçün öd kisəsinin boşalmasına səbəb olur. Öd kisəsində durğunluq olan zaman təzə sıxılmış alma şirəsi içməkdə fayda var. Almanın tərkibində olan şəkər qanda şəkərin miqdarının artmasına səbəb olmur, xolesterini azaldır. Hər gün alma yemək limfa vəzlərinin də təmizlənməsinə səbəb olur. Hər gün alma şirəsi içməyin beyin fəaliyyətinə və yaddaşsızlıq zamanı çox faydlı olduğunu söyləyən həkimlərə də rast gəlinir. Almanın tərkibində olan bioloji aktiv maddələr, vitaminlər və fermentlər xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər