Gündəm


Son dövrlər gənclər arasında maraqlı trendlər gündəmdədir. Belə layihələr ilə diqqətləri öz üzərlərinə çəkir, üstəlik estafeti digər həmyaşıdlarına ötürməklə daha da maraq qatırlar. Bu gün sizə gənclərin, eləcə də digər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən Ağa Mehtiyevdən danışacam. Məncə, ad artıq bir çoxunuza tanış gəldi. Bu, 31 dekabr 2021-ci il tarixində yola düşərək Qubaya piyada getməyi hədəfləyən həmin gəncdir.



Oxu.Az-ın əməkdaşı Ağa Mehtiyevlə həmsöhbət olub. Ağa 170 kilometr məsafəni səkkiz günə qət edərək yanvarın 7-də artıq hədəfinə çatıb.



Ağa Mehtiyevi tanımayanlar üçün deyim ki, 29 yaşı var. Özü jurnalistika ixtisası üzrə təhsil alıb, eləcə də bir çox proqramlar üzrə xarici ölkələrdə - Finlandiya, Almaniya, Rusiyada təhsil alıb. Dünyanın 35 ölkəsində, 170-dən çox şəhərində olub.
- Narkomaniyanın acı fəsadlarına diqqət çəkmək məqsədilə həyata keçirdiyiniz yürüş düşündüyünüz diqqəti qazandı?
- Mən düşünürəm ki, qazandı. Yürüşlə bağlı çox adam mənə yazdı, zəng etdi, maraqlandı. Hətta qoşulmaq istəyənlər də oldu. Hər kəs məsələyə fərqli yanaşır, mən də özlüyümdə narkomaniya ilə mübarizəyə başqa formada diqqət çəkmək istədim. Məncə, bu, məndə alındı, yanaşmadan çox şey asılıdır.



- 8 gün ərzində 170 km məsafə qət etdiniz. Bu, ilk belə səfərinizdir?
- Xeyr, ilk deyil. 2019-2020-ci illərdə 72 gün ərzində Estoniyadan İspaniyaya velosipedlə səfərim olub. 2019-cu il noyabrın 29-da başladım, 2020-ci il fevralın 8-də səfəri bitirmişəm. Bu kimi maraqlı təşəbbüslərimiz çox olub. Bu dəfə isə səfərim 31 dekabr 09:00-da Biləcəridən, məhəlləmizdən başladı və 170 km sonra Qubada bitdi. Məqsədim bununla cavanlaşan narkomaniyaya deyil, sağlam həyata diqqət çəkməkdir. Ondan başqa məhəllə kitabxanası anlayışını biz yaratmışıq, bir neçə ərazidə quraşdırılıb. Yəni, belə demək mümkündürsə, təhsil aldığım ixtisas üzrə çalışmıram, şəxsi fəaliyyət istiqamətim var.
- Narkomaniya ilə mübarizə istiqamətində görülən tədbirlərə alternativ hansı yanaşmalar, metodlar təklif edərdiniz?



- Bilirsiniz, bu gün narkomaniya həddən artıq geniş yayılıb. Mən də fikirləşirdim ki, bu məsələyə daha başqa cür diqqət çəkmək lazımdır. Demirəm ki, mən bununla məsələni həll etmiş oldum, xeyr. Lakin bir addım atmış oldum və bu, kifayət qədər diqqət çəkdi. Sadəcə olaraq problemlərin həlli ilə bağlı yeni üfüqlər yaranmalıdır. Gənclər arasında bu tətbiq edilməlidir, təbliğat yalnız bukletlər, seminarlar, mülahizələrlə bağlı olmamalıdır. Bəzən belə yürüşlər bu cür bəlalarla mübarizədə böyük rol oynayır.
- Bəs niyə məhz 31 dekabr tarixini seçdiniz? Hər kəs bayram əhval-ruhiyyəsində, əyləncədə…



- Çünki həyatda bir hədəfin varsa, ona çatırsan. Ola bilər ki, hər kəs mənim ətrafıma toplaşmasın. Mən bu istiqamətə gedəndə onlar bayramı qeyd edirdilər. Bu da onların seçimidir. Mən isə hədəfimə gedərkən tək qalmaqdan qorxmuram. Hər şey çox yaxşı olur. Yol boyu yeni insanlar tanıdım, ünsiyyət qurdum. Fikirlərimi bölüşdüm. Yolda görənlər məndən “haradan gəlib, hara gedirsən” deyə soruşurdular, mən də onlara məqsədimi izah edirdim. Düşünürəm ki, məsələyə onların da diqqətini çəkə bilmişəm.
- Ən maraqlı məsələlərdən biri də yolda su verdiyiniz itin sizə yol yoldaşı olmasıdır… Bir az bu barədə danışın.

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər