Gündəm
Gündəm / Siyasət / Dünya
Ermənistanda ordusunun mayoru həbs olunub
MUMtv.az: - Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib.
O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.