Gündəm

MUMtv.az: - "Xaliq Faiqoğlu” şirkəti 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının alınması layihəsinin icrasına başlayıb.

DİA.AZ xəbər verir ki, şirkətin təqdim etdiyi tələblər toplusuna ən uyğun şərtləri Türkiyənin avtobus istehsalçılarından olan "Otokar Otomotiv ve Savunma Sanayi AŞ” təqdim edib. Beləliklə "Xaliq Faiqoğlu” şirkəti ilə "Otokar” arasında 2021-ci ilin 4 may tarixində imzalanmış müqaviləyə əsasən alınması nəzərdə tutulan 120 ədəd ekoloji təmiz CNG növlü, AVRO–6 standartlı iritutumlu avtobusların 50 ədədi artıq cari ilin sonunadək ölkəyə gətiriləcəkdir. Avtobusların növbəti hissəsinin isə mərhələli şəkildə ölkəmizə gətirilməsi planlaşdırılır.

Sərnişinlərin rahatlığı və təhlükəsizliyini daim əsas vəzifə hesab edən "Xaliq Faiqoğlu” şirkətinin istismara verəcəyi yeni nəqliyyat vasitələri "Otokar KENT LF CNG” modelləri olacaqdır ki, avtobusların 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik (qoşqulu) olacaqdır. Layihənin ümumi dəyəri 48 milyon 584 min manatdır və layihə "Paşabank”ın, eləcə də Türkiyədə fəaliyyət göstərən "Paşa Yatırım Bank”ın maliyyə dəstəyi ilə həyata keçirilir.

Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda "Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir: "Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edə biləcəyik. Xüsusi qeyd etmək istəyirəm ki, "Otokar”ın indiyədək qəbul etdiyi ən böyük sayda CNG növlü avtobus sifarişini edən "Xaliq Faiqoğlu” şirkəti əvvəlcədən bəyan etdiyi fəaliyyət proqramına uyğun olaraq avtobus parkının yenilənməsini nəzərdə tutur. Təəssüf ki, mövcud Covid-19 pandemiyası layihələrimizin müəyyən qədər yubanmasına səbəb oldu. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtımızda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlarına uyğun olaraq, həmçinin daşıyıcılar qarşısında qanunvericiliklə müəyyən edilmiş tələblərin icra edilməsi istiqamətində işlərimizi uğurla davam etdiririk. Eyni zamanda bu layihənin həyata keçməsində böyük dəstək göstərmiş "Paşabank” rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, xüsusilə özəl sektora göstərilən dövlət dəstəyi "Xaliq Faiqoğlu” şirkəti olaraq bizi yeni layihələr icra etməyə, fəaliyyətimizi daha da genişləndirməyə təşviq edir. Bundan sonrakı dövrlərdə də avtobus parkımızın yenilənməsi ilə bağlı ölkəmizə xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.



Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər