Dünya
Dünya / Səhiyyə
Koronavirus 40 saniyəyə aşkar olunacaq – İsrail
İsrail səhiyyəsi 30-40 saniyə ərzində COVİD-19-un aşkarlanması üçün yeni texnologiya, o cümlədən yaxınlıqda heç bir xüsusi avadanlıq olmadan, ev şəraitində 20 dəqiqə ərzində cavab almağa imkan verən tətbiq təqdim edib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.
"Səhiyyə Nazirliyi yaxın günlərdə Ben Qurion Hava limanının COVİD-19-un aşkarlanması üçün laboratoriyalar ilə təchiz edilməsinə dair tender elan edəcək. Bu da o deməkdir ki, İsrail alimlərinin son ixtiraları qısa müddətdə köhnə həyatınıza qayıtmağınıza, yenidən səyahət etməyinizə, təhlükəsizliyiniz və sağlamlığınız üçün qorxmamağınıza imkan verəcək”, - İsrail Turizm Nazirliyinin şöbə müdiri Vladimir Şklyar bildirib.