Gündəm
Gündəm
İsrailin Bakıdakı səfirliyi yenidən öz işinə başladı
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib. Bu barədə "MUMTV.az"a səfirliyin Mətbuat xidmətindən bildirib.
Məlumata görə, diplomatik nümayəndəlik hazırda işinə davam edir.
"Xarici İşlər Nazirliyi ilə İsrail Maliyyə Nazirliyinin əməkdaşları arasında danışıqlar isə davam etirilir”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, İsrail Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tətil elan etmişdi.(qafqazinfo)