Dünya
Dünya
91 yaşlı Küveyt Əmiri müalicə üçün ABŞ-a getdi
Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir müalicə üçün ABŞ-a gedib.
Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Küveyt xəbər agentliyi KUNA məlumat yayıb. Məlumata görə, ötən həftənin bazar günü uğurlu əməliyyat keçirən 91 yaşlı əmir Sabah müalicəsini tamamlamaq üçün ABŞ-a yola düşüb.
Qeyd edək ki, əmirin səlahiyyətləri müvəqqəti olaraq vəliəhdi Nevaf əl-Əhməd əl-Cabirə həvalə olunub.