Gündəm
Gündəm
Tanınmış aktyor orqanlarını bağışladı - Foto
Türkiyənin tanınmış "Yeşilçam” aktyoru Əhməd Mekin orqanlarını bağışlayıb.
"MUMTV.az" xəbər verir ki, 87 yaşlı aktyor orqanlarını Akdeniz Universitetinin Orqan Transplantasiya Mərkəzinə bağışladığı ilə bağlı sənədə qol çəkib.
"Orqan bağışlanması həyatı xilas edir. Ona görə də hər kəsi bu müqəddəs vəzifəni yerinə yetirməyə çağırıram.
İndiyədək təxminən 200 filmdə rol alan Əhməd Məkin "Səlvi Boylum Al Yazmalım”, "Ezo Gəlin” və "Çiçək Abbas” filmləri ilə tanınıb./Yeni Sabah