Dünya
Dünya
Braziliya Prezidentinin üçüncü koronavirus testi də pozitiv çıxdı
![Braziliya Prezidentinin üçüncü koronavirus testi də pozitiv çıxdı](https://qafqazinfo.az/uploads/1577162107/bolsonaru123.jpg)
Braziliya Prezidenti Jair Bolsonaronun üçüncü koronavirus testi də pozitiv nəticələnib.
Mumtv.az bildirir ki, bu barədə Braziliyanın Prezident Admnistrasiyası açıqlama verib.
"Prezident Jair Bolsonaro səhhəti hələ də yaxşıdır və həkimlərin müşahidəsi altındadır . Prezidentin bir gün əvvəl, 21 İyulda keçdiyi test pozitiv nəticələnib",-deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Bolsonaroya ilk dəfə 7 iyulda koronavirus diaqnozu qoyulmuşdu.
(Qafqazinfo.az)