İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Qırğızıstanda aşkar olunan COVID-19 hadisələrinin sayı bir gündə 611 nəfər artıb, 34 nəfər ölüb.
Mumtv.az KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosuna istinadən xəbər verir ki, bu haqda məlumatı bazar ertəsi koronavirusla Mübarizə Baş Qərargahı yayıb.
"20 iyul 2020-ci il tarixinə respublikada 611 yeni COVID-19 hadisəsi qeydə alınıb. Onlardan 300-ü Bişkekdədir”. Qərargah nümayəndəsi belə deyib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, son bir gündə 34 nəfər koronavirusdan ölüb. 781 nəfər sağalıb.
Beləliklə, bu günə qədər Qırğızıstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 27143 nəfərə çatıb, 1037 nəfər ölüb, 13 109 nəfər sağalıb.