Dünya
Dünya / Səhiyyə
İranda daha 125 nəfər koronavirusdan öldü

İranda son sutkada daha 125 nəfər Covid-19-un qurbanı olub.
Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 364-ə çatıb.
Qeyd edək ki, indiyədək İranda 200 180 nəfər koronavirusa yoluxub, onlardan 180 661-i sağalıb. Aktiv xəstələrin sayı 29 155-dir.