Dünya
Dünya
İdlibdə gərginlik: Rus-Türk patruluna bombalı hücum
Bu gün İdlibdəki M4 magistralında birgə patrul fəaliyyəti zamanı terrorçular bombalı hücum edib.
Mumtv.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözşüsü İqor Konaşenkov deyib.
"Konvoy marşrut üzrə hərəkətdə olduğu zaman partlayıcı maddə işə düşüb. Nəticədə Rusiyaya məxsus hərbi avtomobilə ziyan dəyib. Hücum zamanı ölən və ya yaralanan olmayıb”, - nazirliyin rəsmisi bildirib.
(Axar.az)