Dünya
Dünya
Suriyada türklərə hücum olub, iki hərbçi yaralanıb
Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib.
DogruXeber.az-ın məlumatına görə, hadisə nəticəsində iki türk hərbçisi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG terrorçuları törədib.
Hadisədən sonra Türkiyə ordusu bölgədə reydlərə başlayıb./Trend.az