Hadisə
Hadisə / Dünya
Rusiyada hərbi mərkəzdə PARTLAYIŞ — 2 ölü, 6 yaralı
Rusiyanın Arxangelsk vilayətindəki hərbi təlim sınaq məntəqəsində, maye sürət sistemini sınaqdan keçirərkən partlayış baş verib.
DogruXeber.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
İdarədən verilən məlumata görə, qəza nəticəsində iki mütəxəssis ölüb, daha altı nəfər Müdafiə Nazirliyinin işçiləri və bir müəssisə işçisi yaralanıb. Nazirlik hadisədən sonra atmosferə zərərli maddələrin yayılmadığını, radiasiya fonunun normal olduğunu vurğulayıb. Məlumata görə, bu yaşayış məntəqəsinin yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinin 45-ci dövlət mərkəzi dəniz sınaq məntəqəsi yerləşir. Müəssisədəki fövqəladə vəziyyət barədə avqustun 8-də məlum olub. TASS mənbəyinə görə, hadisə gəmidə başlayıb, mülki mütəxəssislərin işlədiyi zaman yanğın baş verib./Ölkə.Az