Dünya
Dünya
Erməni ordusunda cinayət: Təfərrüat məlum oldu – Qarabağda qanlı gün
Ermənistan İstintaq Komitəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində əsgər ölümü ilə bağlı cinayət işi açıb.
Teleqraf.com-a istinadən xəbər veririk ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
İlkin istintaq araşdırmasından sonra 2001-ci il təvəllüdlü əsgər Sasun Markaryanın xidməti yerində ona təhkim olunmuş silahla özünü vuraraq intihar etdiyi məlum olub.
Şəxsi intihar həddinə çatdırmaq maddəsi üzrə cinayət işi açılıb.
Hadisə mayın 10-da baş verib. Səhər saatlarında hərbi hissələrdən birinin mühafizə postunda Sasun Surenoviç Markaryan (2001-ci il təvəllüdlü) ölümcül halda tapılıb.