Cəmiyyət

Azərbaycanda yeni dövr: “Ermənilərlə birgəyaşayış...” – “Anadolu” yazır
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs nəticəsində erməni qüvvələri Ağdam, Kəlbəcər və Laçından geri çəkildi və Azərbaycan təxminən 29 il əvvəl işğal olunmuş ərazilərini azad etdi”.

Mumtv.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, sentyabrın 27-də başlayan hərbi əməliyyatla Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonlarını, Hadrut qəsəbəsini işğaldan azad edən Azərbaycan illərdir davam edən işğalı Ermənistanı qəbul etməyə məcbur etdiyi atəşkəslə sona çatdırıb:

"Azərbaycanı elə bir dövr gözləyir ki, demək olar, yerlə-yeksan edilmiş və xarabalığa çevrilmiş şəhərlərin hamısı yenidən tikiləcək, bölgə təhlükəsiz olması üçün minalardan təmizlənəcək və illərdir ata-baba yurdlarından ayrı qalan məcburi köçkünlər geri dönəcəklər.

İşğaldan azad edilən bütün bölgələr dövlət tərəfindən yenidən qurulacaq, şəhərlər, kəndlər və qəsəbələr yenidən inşa olunacaq. Bölgədə həyat təxminən 1 milyon məcburi köçkünün qayıtması ilə canlanacaq.

Xankəndi, Xocalı, Ağdərə və Xocavənd kimi şəhərlərdə yaşayan 65 min erməni əhalisinin təhlükəsizliyi hələlik bölgəyə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları tərəfindən təmin olunacaq. Erməni əhalisinin Ermənistanla əlaqəsi rus əsgərlərinin də nəzarətində olan Laçın dəhlizi ilə davam edəcək”.

Məqalədə hazırda bölgədə sülh və əmin-amanlığın hökm sürdüyü bildirilib:

"Azərbaycan rəsmiləri erməni xalqı ilə problem yaşamadıqlarını və bölgədə sülh və əmin-amanlığın hökm sürməli olduğunu bildirirlər. Aidiyyəti qurumlar işğaldan əvvəl Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağdakı erməni əhalisini eyni şəkildə və digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqlarla yaşamağa çağırır.

Prezident İlham Əliyev xalqa müraciətinə "Əminəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bir gün onların yeganə yolunun Azərbaycan xalqı ilə qonşuluq münasibətində yaşamaq olduğunu başa düşəcəklər”, ifadəsinə yer verib.

Xarici İşlər naziri Ceyhun Bayramov da Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən qurulma, reabilitasiya və birgə dinc yaşayışın bərpası mərhələsinə qədəm qoyduğunu bildirib”.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər