Cəmiyyət
Cəmiyyət
Erməni direktor məktəbə od vurdu
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən çıxmağa başlayan ermənilərin meşələr və evlərə od vurduqları barədə məlumat vermişdik.
Qeyri-qanuni məskunlaşdıqları torpaqlarımızı tərk edən ermənilər bu kimi vandallıqlarını hələ də davam etdirirlər.
Bu dəfə Kəlbəcər rayonu ərazisində yerləşən məktəbə od vurulub. Hadisə həmin məktəbin direktoru tərəfindən törədilib. O, ərazini tərk edərkən rəhbərlik etdiyi məktəbi yandırıb. (xezerxeber)