Cəmiyyət


Bu müharibə Nikol Paşinyan rejiminin sonu olacaq -

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışları cəbhədəki vəziyyətə adekvat idi. Azərbaycan ordusu qələbə çalır, düşmənə ardıcıl zərbələr endirir, Ermənistan ordusu isə faktiki olaraq darmadağına məruz qalır. Bu fonda Əliyevin təmkinli, məntiqli və qaliblərə xas çıxışı fonunda, Paşinyanın dilinin topuq vurması, isterikası başa düşüləndir”.

Bunu Metbuat.az-a "Rossiya-1” telekanallarının "60 dəqiqə” proqramında Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin çıxışlarını şərh edən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

O qeyd edib ki, Azərbaycanın Ali Baş Komandanı kifayət qədər rahat idi. Onun ordusu faktiki olaraq qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir.

 "Həm tarixi, həm hüquqi, həm də psixoloji baxımdan üstünlük Azərbaycan tərəfdədir. Ermənistan baş nazirinin isə bədən dili, mimikaları, bir kəlməni bir neçə dəfə təkrarlayaraq fikrini toplamağa çalışması məğlubiyyətə uğramaqda olan psixoloji travmalı adamın yalanı necə danışmaq cəhdlərini öyrənmək üçün yəqin ki, hələ uzun müddət psixoloqlara lazım olacaq. Bir tərəfdən o Ermənistanın dünya dövlətləri qarşısında məzlum obrazını yaratmalı idi, digər tərəfdən isə erməni xalqına məğlub olmadıqlarını sübut etməli idi.

Paşinyan bunların heç birini bacarmadı.”

Politoloq bildirdi ki, Nikol Paşinyan belə ağır məğlubiyyətin cavabını tezliklə verəcəyinin fərqindədir. Buna görə də o müxtəlif yalanlar uydurur.

Məsələn, guya Türkiyənin hərbi əməliyyatlarda iştirakı və Suriyadan hansısa döyüşçülərin Azərbaycana gətirilməsi ilə bağlı iddalardır. O iddia edir ki, Türkiyədən olan hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Əslində Paşinyan fərqində olmadan ermənilərin onsuz da aşağı olan psixoloji durumunu darmadağın edir.

Onsuz da illər boyunca erməni təbliğatı bu ölkədə "türkofob” bir əhali formalaşdırıb. Suriyadan gətirilən döyüşçülər məsələsinin yalan olduğu isə gün kimi aydındır. Əvəzində Ermənistan inkar edə bilməz ki, Suriyadan və Livandan erməni terrorçularını gətirib işğal edilmiş ərazilərdə məskunlaşdırıb. Çünki, bu məskunlaşma barədə bir neçə gün öncəyə qədər Ermənistanın rəsmi qurumları fəxarətlə danışırdılar.”

Elnur Kəlbizadə xüsusilə qeyd etdi ki, Azərbaycanın apardığı ədalətli və haqlı müharibənin təkcə işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnməyəcək. Böyük ehtimalla Ermənistanın özünün Nikol Paşinyan və onun tərəfdarlarından təmizlənməsini görəcəyik.

Bu müharibə Nikol Paşinyan rejiminin sonu olacaq.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər