Cəmiyyət

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) təhsildə fərqlənən Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrini həvəsləndirmək məqsədi ilə daim onları əlavə təqaüdlə təmin edir.

Mumtv.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu il də yaz semestrində fərqlənən 71 əlaçı bakalavr və 4 əlaçı magistr ASCO sədri Rauf Vəliyevin əmri ilə xüsusi təqaüdə layiq görülüb.

Bununla belə, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə, ADDA-nın "Gəmi sürücülüyü” fakültəsinin "Dəniz naviqasiyası mühəndisliyi” və "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının bakalavriat pilləsində təhsil alan 53 tələbəsi "Əlaçı” təqaüdünə layiq görülüb. Bu tələbələr imtahan sessiyasını 91-100 bal aralığında göstərici ilə bitiriblər. 135 tələbə növbəti semestrdə həvəsləndirici təqaüd almaq şansı qazanıb. Qaydalara görə, bu tələbələrin imtahan sessiyası üzrə ümumi orta balı 71-100 və ən azından bir akademik fənn üzrə göstəricisi 91-100 bal arasında olmalıdır. "Gəmi sürücülüyü” fakültəsinin 29 tələbəsi isə adi təqaüd alacaqlar.

Fakültənin magistratura pilləsində təhsil alan 4 nəfər əlaçı, 5 nəfər həvəsləndirici və 1 nəfər adi təqaüdə layiq görülüb.

Akademiyanın "Gəmi mexanikası və elektromexanikası” fakültəsinin "Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və "Elektrik mühəndisliyi” ixtisaslarının 18 bakalavr tələbəsi əlaçı, 112 tələbəsi həvəsləndirici, 51 tələbəsi isə adi təqaüd alacaq.

"Gəmi mexanikası və elektromexanikası” fakültəsinin magistratura pilləsinin 1 magistrantı həvəsləndirici, 3-ü isə adi təqaüd almaq hüququ qazanıb.

Bu fakültədə əlaçı təqaüdünə layiq görülən 2 tələbə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təqaüd miqdarının 2 mislini alacaq.

Bu il COVİD-19 pandemiyasının ölkədə təhsil prosesinə vura biləcəyi zərər nəzərə alınmaqla Nazirlər Kabinetinin yaz imtahan sessiyasının keçirilməsi və təqaüdlərin təyin edilməsi qaydalarına müvəqqəti dəyişiklilər olub. Belə ki, hər hansı səbəbə görə onlayn imtahanlara qoşula bilməyən akademik borcu yaranan tələbələr üçün yeni 2020/2021-ci tədris ili başlayanadək bu borcları ləğv edərək təqaüd siyahısına düşmək imkanı yaradılıb.

Qeyd edək ki, Akademiyanın 4 tələbəsi bu imkandan yararlana bilib.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər