Gündəm

 Bu universitetdə də kompüter mühəndisliyi ixtisası olacaq - İmtahan öncəsi mənzərə
 
 
 
 
 
 
 

 
 
 
 

Azərbaycanda günün əsas tələbi olan ixtisaslar - Kompüter elmləri, İnformatika müəllimliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Sistem mühəndisliyi peşələrinə həm qəbul sayı, həm də bu ixtisası tədris edən universitet sayı artmaqdadır. Mumtv.az TED.az-a istinadən xəbər verir ki, növbəti tədris illərində daha bir ali təhsil müəssəsi - Bakı Ali Neft Məktəbi Kompüter mühəndisliyi ixtisasını tədirs edəcək. Bununla da ölkəmizdə Kompüter mühəndisliyi ixtisasını tədris edəcək universitetlərin sayı 11-ə çatır.

 

Hazırda Azərbaycanda "ADA" Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Qızlar Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universitetində kompüter mühəndisliyi ixtisası tədris olunur. 

 

Həm yerli, həm də əcnəbi mütəxəssislər əmək bazarında olan tələbata görə yaxın gələcəkdə qeyd olunan ixtisasların daha çox universitetlərdə tədris olunacağını proqnoz edirlər. 

 

Xüsusilə də pandemiyaya görə, tətbiq olunan məsafədən iş rejimi kompüter mühəndislərinə olan tələbatı daha da artırdı. Bu ixtisasla yanaşı, İnformasiya təhlükəsizliyi ixtisası da olduqca aktuallaşdı. 

 

İqtisadçı ekspert İsa Qasımov postpandemiya dövründə əmək bazarında ən çox tələb duyulacaq peşələrin başında informasiya təhlükəsizliyi ixtisasın olduğunu bildirib: "Pandemiya dövründə tətbiq olunan məsafədən iş rejimi postpandemiya dövründə də davam edə bilər. Əgər biz iş rejimini tamamilə virtuallaşdırırıqsa, bu zaman onun təhlükəsizliyini də təmin etməliyik. Buna görə də IT sahəsi, informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislərə böyük ehtiyac olacaq. Dünya ölkələrinin əksəriyyətində bu peşələr olduqca aktualdır. Yaxın zamanlarda Azərbaycanda da aktullaşacağı aydın görünür".

 

Qeyd edək ki, hazırda Azərbaycanın iki ali təhsil müəssisəsində İnformasiya təhlükəsizliyi ixtisası tədris olunur. Bunlar Bakı Ali Neft Məktəbi və Azərbaycan Texniki Universitetidir. Bakı Ali Neft Məktəbində ixtisasın tədrisi ingilis dilində, Azərbaycan Texniki Universiteti isə Azərbaycan dilində aparılır.

 

Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov da qarşıdakı illərdə Azərbaycanın əmək bazarında ən çox tələb olunan ixtisasların ilk pillələrində İT sahəsi ilə bağlı peşələrin olacağını qeyd edir: "Qarşıdakı illərdə ən populyar ixtisaslar sırasında IT sferasını əhatə edən peşələrə gələcək. Kompüter və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə böyük ehtiyac var. Bu peşələrə tələbat daha da artacaq".


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər