Cəmiyyət

Şəkidə profilaktik tədbirlər davam etdirilir 

Ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhərlərdən biri də Şəkidir. Şəkidə ilk yoluxma fakti mayın 31-də, qonşu rayonda hüzr mərasimində iştirak edən rayon sakinində aşkar olunub və sərt karantin rejimi ləğv edilərək yollar açıldıqdan sonra bu say artmaqda davam edib.

Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, son göstərici olaraq 23 iyul tarixinə Şəki rayonu üzrə aşkar olunan xəstələrin sayı 146-dır. Onlardan 77 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

Şəki şəhər İH-nin nəzdində yaradılan mobil qruplar tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə təbliğat işi fasiləsiz olaraq həyata keçirilir,  əhalinin daha çox görə biləcəyi yerlərə xüsusi maarifləndirici posterlər yerləşdirilir və sakinlərə maarifləndirici flayerlər paylanılır. Bir müddət öncə start götürən "Evə zəng" kompaniyası çərçivəsində 4000-ə yaxın evlə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbətlər aparılmış, sakinlərə karantin rejiminin qaydaları izah olunmuşdir.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasında koronavirusun aşkarlanması üçün tam avtomatlaşdırılmış diaqnostik laboratoriya fəaliyyət göstərir və səhhətində problem olan, Covid 19-a yoluxma ehtimalı olan şəxslər laboratoriya əməkdaşları tərəfindən dərhal test edilir, nəticə bilinənədək  onların evdən çıxmaması və özünü izolyasiya etməsi tövsiyyə olunur. Alınan testlərin cavabı müsbət olduqda, xəstəliyin aşkar olunduğu mənzil dərhal GEM tərəfindən dezinfeksiya edilir, xəstəlik aşkar olunan şəxslər müalicə məqsədi ilə xəstəxanaya yerləşdirilir, onun ailə üzvləri və son günlərdə əlaqədə olduğu şəxslər müəyyən edilərək, onlardan test nümunələri götürülür və testin nəticələri bilinənədək həmin şəxslərin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.

Şəki şəhər İH-nin başçısı Elxan Usubovun tapşırığına əsasən qabaqlayıcı tədbirlər görmək məqsədi ilə böyük ticarət mərkəzlərinin işçiləri, məhəllələrdə yerləşən kiçik, lakin alıcı sayı çox olan məhəllə mağazalarının satıcıları və bazar ərazisində gündəlik ticarətlə məşğul olan satıcılar arasında seçmə yolu ilə test nümunələri götürülür və nəticələrə uyğun tədbirlər həyata keçirilir.

Tətbiq olunan sərt karantin rejimində İH və onun tabeçiliyində olan təşkilatların, eləcə də Şəki rayon Polis Şöbəsi, Mərkəzi Xəstəxana, Qida Təhlükəsizliyi Agentliyi, GEM, Nəqliyyat Departamenti və digər aidiyyatı orqanların Nazirlər Kabineti yanında Operativ Qərərgahın və Şəki İcra hakimiyyətində yaradılmış Qərərgahın tələblərinə uyğun şəkildə birgə fəaliyyəti artıq nəticələrdə özünü biruzə verməkdədir. Belə ki, aparılan kompleks tədbirlərin nəticəsidir ki, rayonda gündəlik yoluxma sayında kifayət qədər azalma dinamikası müşahidə olunur.

Şəkidə əhali arasında aparılan aktiv təbliğatın nəticəsi olaraq yürüş və mitinqin keçirilməsinə ehtiyac olmamış və rayon sakinləri könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DX-nə gedərək döyüşlərdə iştirak etmək üçün öz arzularını rəsmi şəkildə ifadə edərək qeydiyyata alınıblar. Könüllülər arasında cavan nəslin nümayəndələri ilə yanaşı, orta və yaşlı nəslin nümayəndələri, qızlar və qadınlar da var.

Hal-hazırda Şəkidə koronavirusla mübarizə ilə yanaşı, 22 iyulda yağan güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər də həyata keçirilir.

 

 

 








Son xəbərlər

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Bütün xəbərlər