Gündəm

Şəkidə icra başçısının tapşırığı ilə reyd keçirildi

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Şəkidə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Şəkidə də bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilir.

Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun tapşırığına əsasən Şəki Şəhər icra hakimiyyətinin əməkdaşları, Qida Təhlükəsizliyi Agentliyinin Şəki Regional bölməsinin rəhbərliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, polis şöbəsinin əməkdaşları və Mərkəzi bazar rəhbərliyinin iştirakı ilə koronavirusa yoluxma riski daha çox olan mərkəzi bazarda səhər saat 7-dən başlayaraq reyd həyata keçirilib.

Reyd zamanı karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi ilə yerində tanış olmuş və bazar ərazisində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan satıcılar və alıcılar ilə maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı bazar ərazisində bir sıra neqativ hallar: ət satışı yerində köhnəlmiş, yararsız tənzifdən istifadə olunması, bazar ərazisində satıçıların özünü və qarşısındakını qorumaq üçün yox, sadəcə göstərmək naminə könhə, istifadəyə yararsız tibbi maskalardan istifadə etmələri, əksər hallarda maskaların qaydalara uyğun formada taxılmaması, bazar ərazisində sosial məsafənin saxlanmaması kimi faktlar aşkar edilmiş və bütün bunlar qayda pozuntusu kimi satıcıların, bazar rəhbərliyinin, Qida təhlükəsizliyi və polis əməkdaşlarının diqqətinə çatdırılıb.

 

Keçrilən reyddən sonra rayon rəhbərliyinin iştirakı ilə müzakirələr aparılmış, gündəlik olaraq bazar ərazisində İcra Hakimiyyəti, Rayon Polis şöbəsi, Qida təhlükəsizliyi Agentliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq idarəsi əməkdaşlarının da iştirakı ilə birgə reydlərin təşkil edilməsi, nəzarətin daha da gücləndirilməsi bir tapşırıq olaraq qarşıya qoyulub.

Hazırda səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə şəhər ərazisində maarifləndirici təbliğat işi aparılır.

 






Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər