Cəmiyyət
Cəmiyyət
Rusiyadakı məşhurlarımızdan şəhidlərlə bağlı paylaşım - Fotolar
Ötən gün müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlı sənətçilərin şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb.
Mumtv.az Axşam.az-a istinadən xəbər verir ki, Xəyyamın bunla bağlı paylaşımına qısa zamanda 7 mindən çox şərh yazılıb. Onlar arasında ifaçının tənqid etdiyi sözügedən tanınmışlarımız da yer alıblar.
Ondan sonra isə Rusiyada məşhurlaşan və İnstaqramda milyonlarla izləyicisi olan sənətçilər post paylaşıb. Onlar arasında Xalq artisti Emin Ağalarov, müğənnilər Jony (Cahid Hüseynli), Navai (Nəvai Bəkirov), Bahh Tee (Bəxtiyar Əliyev), Jah Khalib (Bəxtiyar Məmmədov), Hammali (Aleksandr Əliyev), "Weel" (Vilayət Niftalıyev), "Ellai" (Elvin Əliyev),Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Elman (Elman Zeynalov) və bloqqer Hüseyin Həsənov yer alıblar.