Cəmiyyət
Cəmiyyət
"Ellai" ləqəbli azərbaycanlı ifaçı: "Susmaq mümkün deyil"
Həzin trekləri ilə gənclərin qəlbində taxt qurmağı bacaran, Rusiyada yaşayıb yaradan, Azərbaycan əsilli, "Ellai” kimi tanınan Elvin Əliyev son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.
"Azərbaycan və Ermənistan sərhədindəki münaqişə hər kəsə bəllidir. Susmaq mümkün deyil.
Mən yaradıcı insanam və siyasətlə heç bir əlaqəm yoxdur. Ancaq mən azərbaycanlıyam. Öz vətənimi sevirəm və hər zaman sevəcəm. Təəssüf ki, mənim paylaşımım heç nəyi dəyişməyəcək, ancaq mən zorakılığa, müharibəyə qarşıyam. Hər zaman sülh arzulayıram. Bütün şəhidlərin və qəhrəmanların ailələrinə başsağlığı verirəm”.
(Big.az)