"Baytar həkimlərinin şəriştəsizliyi ucbatından heyvanım tələf oldu" - NARAZILIQ!
 
 
 
 
 
 
 
 
 
Samux rayon, Sarıqaya kənd sakini Əlvanə Allahverdiyeva "Gözətçi”yə göndərdiyi şikayətində baytar həkimlərinin şəriştəsizliyi ucbatından iribuynuzlu heyvanının tələf olduğu bildirib.

"2020-ci ilin oktyabr ayında heyvan xəstələnmişdi. Samux rayon Baytarlıq İdarəsinin Çobanabdallı sahə baytarlıq məntəqəsinə müraciət etdim. İdarənin sahə həkimi Natiq Hüseynov və Elnur Musayev ayrı – ayrı vaxtlarda heyvana baxıb, dərman almağı məsləhət gördülər. Dərmanları heyvana vuran günü tələf oldu”.

Zərərçəkmiş məsələ ilə bağlı adıçəkilən idarəyə şikayət edib. İdarə rəhbərliyi onun heç bir yerə şikayət etməməsini və ona kömək edəcəklərini bildiriblər. Ancaq bir müddətdən sonra Əlvanə Allahverdiyeva aldadıldığını anlayıb:

"8 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizəsi yazıb göndərdim. Dekabrın 28-də Qida Təhlükəsizliyi Agentliyindən cavab məktubu gəldi ki, ölmüş heyvanlar üzrə dəymiş ziyanın ödənilməsi onların səlahiyyətlərinə aid deyil. 11 yanvar 2021-ci ildə isə Kənd Təsərrüfatı Nazirliyindən cavab məktubu gəldi. Onlar da cavab yazdılar ki, mən hər hansı bir idarədən şikayət yazmamışam, sadəcə köməklik istəmişəm”.

Qeyd edək ki, Əlvanə Allahverdiyevanın üç azyaşlı övladı var və ailə pensiya ilə dolanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Bütün xəbərlər