Siyasət



"Ermənistan heç vaxt ümid etməsin ki, Azərbaycan tərəfi hansısa mərhələdə ərazisini ona güzəştə getməyə hazır olacaq. Bu, mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.


O bildirib ki, bu illər ərzində aparılan bütün danışıqlarda Prezident İlham Əliyev Azərbaycan dövlətinin heç bir ərazi güzəştinə getməyəcəyini bildirib:

"Cənab Prezidentin mövqeyi birmənalı və qətiyyətlidir. Ermənilərin haqlarının tanınması, onların normal insan kimi yaşaması və bütün dünyada qəbul edilmiş normalar çərçivəsində həyat fəaliyyətlərini davam etdirmələrinə heç bir əngəl yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və ölkədə multikulturalizm, tolerantlıq hakimdir. O cümlədən, erməni millətindən olan şəxslər Azərbaycanda rahat yaşaya bilərlər. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından birdəfəlik çəkilib getməlidir. Cənab Prezidentin dediyi kimi, Ermənistan qeyd-şərtsiz işğal etdiyi torpaqları tərk etməlidir. Bu, bizim mövqeyimizdir”.

A. Həsrətin fikrincə, tarix bizə öyrədib ki, ermənilərə güzəşt etdikcə onların iştahası artır, daha da üzərimizə gəlirlər və əlavə ərazi iddiaları ilə çıxış edirlər:

"Ermənistanın paytaxtı İrəvan şəhəri qədim Azərbaycan torpağıdır. Onu güzəştə getmişik, artıq Azərbaycan Respublikasının ərazilərinə də iddia edirlər. Prezident mövcud vəziyyəti yaxşı bildiyi üçün Ermənistana açıq şəkildə bəyan edir ki, heç bir güzəştdən söhbət gedə bilməz. Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır, Ermənistan dövləti ərazilərimizi tərk edib getməlidir. Bundan sonra Azərbaycan dövləti öz vətəndaşı olan ermənilərlə ortaq məxrəcə gələ və onların haqları, hüquqları müzakirə oluna bilər. Lakin Ermənistan işin içində olduqca, bu məsələ mümkün deyil”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər