Hadisə

Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?
 
 
 

 
 
 
 Azərbaycandan getmək və ölkəyə gəlmək sözün həqiqi mənasında böyük bir əziyyət hesabına başa gəlir. 

Bunun əsas səbəbi sərhəd-keçid məntəqələrində yaradılan bürokratik əngəllər, lüzumsuz yoxlamalardır. Hazırda ölkədən çıxanda və ya geri qayıdanda eyni qurumun əməkdaşlarına 4 ayrı məntəqədə sənəd göstərməli olursan. Bu, heç bir yük gətirməyən, sadəcə, turist səfəri edənlər üçün nəzərdə tutulan yoxlamanın yalnız bir prosedurudur. Digər tərəfdən, sərhəd-keçid məntəqələrində yaranan uzun növbələr daim narazılıqla müşahidə olunur. 

Müxtəlif zamanlardan bununla bağlı faktlara əsaslanan materiallar yayılsa da, nəticədə müsbətə doğru hər hansı bir irəliləyiş gözə çarpmır. Yenə də sərhəd-keçid məntəqələrində uzun növbələr yaranır ki, bu da ölkədən gedən və gələn insanların ciddi vaxt itkisinə səbəb olur. Maraqlıdır ki, digər ölkələrdə, elə Azərbaycanla sərhədləri olan Gürcüstan, İran, Rusiyanın sərhəd-keçid məntəqlərindən keçmək çox asan başa gəlir.

Əslində, qanunvericiliklə sərhəd-keçid məntəqələrinin iş mexanizmi çox asan, vəətndaşın mənafeyinə yönəlik təyin olunub. Belə ki, sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Sərhəd nəzarəti nəzarət-buraxılış məntəqələrinin xidmət-operativ fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətə aşağıdakılar daxildir:

-Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanması;

-Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;

-Zəruri olduqda nəqliyyat vasitələrinin müşayiət edilməsi;

-Azərbaycan Respublikasına gəlməsi qadağan olunmuş şəxslər üzərində nəzarət;

Sərhəd nəzarəti operativ və rejimin təmin edilməsi üçün nəzərdə tutulmuş digər tədbirlərlə qarşılıqlı şəkildə həyata keçirilir.

Gömrük fəlsəfəsi qanunvericilikdə beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Amma icrasında problemlərin olduğu danılmazdır. Əgər qaydalar, qanunlar, iş mexanizmi eynidirsə, niyə Azərbaycan sərhəd-keçid məntəqələrində uzun, bəzən kilometrlərlə müşahidə olunan növbələr yaranır, amma digər dövlətlərin eyni qurumlarında bu cür problemlər olmur?

Bu gün bütün dünya, o cümlədən Azərbaycan rəqəmsal idarəçiliyə keçib. Demək olar ki, bütün sənədlər, elanlar, məlumatlar internet bazada yerləşdirilir və istənilən dövlət qurumu bu məlumatları çox asanlıqla əldə edə bilir. Hansı şəxsin axtarış, cinayət, ölkədən çıxmaq, ölkəyə daxil olmaq, borc və digər bu kimi məsələlərdə adı hallanırsa, həmin məlumatlar ümumi bazaya yerləşdirilir. Bununla da kimin ölkədən çıxması və ölkəyə daxil olması qanunvericiliyə ziddirsə, ona qarşı müvafiq tədbir görülür. Amma sərhəd-keçid məntəqəsinə daxil olarkən, ilkin yoxlama zamanı heç bir problemə rast gəlinmirsə, həmin şəxsə bürokratik əngəllər yaratmaq, süni yoxlamalar aparmaq yaranan narazılığın əsas səbəbidir.

Sərhəd-keçid məntəqələrində sıxlığın qarşısını almaq, insanların asan şəkildə ölkədən çıxmasına və ya gəlməsinə şərait yaratmaq üçün gömrükdə "qırmızı” və "yaşıl” zolaqlar yaradılıb. Amma görünən odur ki, "rəngli zolaqlar” da sərhəd-keçid məntələqini özlərinəməxsus "gömrük fəlsəfəsindən” daşındıra bilməyib.

Əziyyətin bitmədiyi nöqtələrə çevrilən sərhəd-keçid məntəqələrinin iş mexanizminin dəyişməsi ilə bağlı müxtəlif təkliflər səslənsə də, hələ də problemin həlli ilə bağlı əməli addım atılmayıb. Bu problem özü ilə yanaşı, bir çox sahələrə, o cümlədən son illər dövlətin əsas prioritetlərindən biri olan turizmə ciddi zərbə vurur. Sərhəddə ciddi bürokratik əngəllərlə üzləşən turist növbəti dəfə ölkədə gəlməkdən ən yaxşı halda imtina edir. Sahibkarlar isə gömrükdə üzləşdiyi çətinlikləri idxal etdiyi malların üzərinə əlavə qiymət olaraq gəlir və bu da bazarda bahalaşma yaradır. Mütəxəssislər də hesab edir ki, bu problemin aradan qalxması üçün ilk növbədə sərhəd-keçid məntəqələrində "iş fəlsəfəsi” dəyişməlidir.
Cebhe.info

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər