Gündəm

Qarabağ veteranından Prezidentə müraciət-FOTO




 
 
 
 
 
 

 


Bu gün redaksiyamıza  Ağsu rayon sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki,mənzilində təbii qazın olmaması,vətəndaşın işsizliyi və mənzilinin əhatəsində hasar olmadığı üçün hər an vəhşi heyvanların qorxusu altında olmaları barədə ölkə Prezidentinə və birinci Vitse Prezidentə məktub ünvanlayıb.Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik:


                                                     Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevə
                                                Sürəti: Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
                                                            Ağsu rayon Mirzağa Əliyev ünvanında yaşayan Qarabağ 
                                                              müharibə veteranı Məmmədo Fəyyaz Adıgözəl oğlu tərəfindən

                                                                               ƏRİZƏ

Hörmətli cənab Prezident!
        Mən Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu 3 azyaşlı körpə uşaq atasıyam. Heç yerdə işləmirəm və Dövlət tərəfindən veteranlar üçün verilən 80 manat təqaüdlə dolanıram. Yaşayış durumum olduqca acınacaqlı vəziyyətdədir. 
Ötən ilin son aylarına qədər,doğulub boya-başa çatdığım Ağsu rayonunda mənə məxsus nə torpaq sahəsi nə də ki,yaşamağım üçün mənzilim vardır. Bu günə qədər başqasına məxsus insan yaşayışı üçün əlverişsiz uçuq-sökük bir daxmada ailəm ilə birlikdə yaşayırdıq. Yaşadığım acınacaqlı durumumla bağlı bütün aidiyyatı qurumlara rəsmi və şifahi müraciətlər etmişdim. Təəssüflər olsun ki,etdiyim müraciətlərə heç bir məhəl qoyulmurdu. Nəhayət ki,sonunda qərara aldım ki,mətbuat vasitəsi ilə həm sizə həm də bütün aidiyyatı qurumlara müraciət ünvanlayım. Mətbuat vasitəsi ilə etdiyim çoxsaylı müraciətlər sonunda nəticəsini tapdı və Heydər Əliyev Fondu tərəfindən qeyd etdiyim ünvanda mənim üçün müasir tipli gözəl bir mənzil inşa edildi. Amma bir məsələni də diqqətinizə çatdırım ki,mənim üçün inşa edilən mənzil,sabiq icra başçısı Ənvər Seydəliyevin zamanında həyata keçirilmişdir. Məlumat üçün bildirim ki,mənzil inşa edildikdən sonra kommunal xidmətlər bərpa olunmamış qalmışdır. Bu haqda mənə lazımi köməklik göstərməsi üçün rayon İcra hakimiyyətinə müraciət etmişdim. Əfsuslar olsun ki,sabiq icra başçısı Ə.Seydəliyev bu müraciətimə də heç bir köməklik göstərməmişdir. Nəhayət,bu dəfə də köməyimə xeyirsevər isanlar yetişdi və elektirik enerjisi və içməli su xətlərim bərpa edildi. Amma təbii qazın çəkilməsi bu günə qədər öz həllini tapmayıb.
Çox hörmətli cənab Prezident! 
Mən F.Məmmədov Qarabağ müharibə iştirakçısı olmağımla yanaşı həm də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasətinizi daima dəstəkləmişəm və hər zaman sizin göstəriş və əmrlərinizə bir döyüşçü kimi hazıram. Odur ki,sizdən bir Qarabağ müharibə veteran  və Yeni Azərbaycan Partiyasının üzvü kimi xahiş edirəm ki,rayon İcra başçısı Vahid Tağıyevə göstəriş verəsiniz ki,rayonda müvafiq işlə təmin olunmağıma və mənzilimə təbii qazın çəkilməsi üçün mənə lazımı köməkliyi göstərsin. Əlbəttə ki,İcra başçısı V.Tağıyev vəzifəyə təyin olunduğu gündən etibarən 5 dəfə qəbulunda olmuşam və işsizliyim haqqında və mənzilimə təbii qazın çəkilməsinə dair müəyyən köməklik göstərməsini xahiş etmişəm. Çox təəssüflər olsun ki,heç bir köməklik göstərməyib.

                                                                                        Məmmədov Fəyyaz                                                                                24.08.2020                                                 
                                                                                                                                                                                                                                                     
Qarabağ veteranından Prezidentə müraciət-FOTOQarabağ veteranından Prezidentə müraciət-FOTOQarabağ veteranından Prezidentə müraciət-FOTO

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər