Gündəm


Şirvan şəhərində nələr baş verir?
Bu gün apardığımız müşahidələrdən görürük ki,bir çox məmurlar öz işlərinə laqeyd yanaşır. Təbii ki,bu qənaitə gəlməyimiz,heç də əbəs yerə deyil. Yəqin ki,oxucularımız yaxşı xatırlayır ki,bir neçə gün öncə redaksiyamıza Şirvan şəhər sakini,2-ci qrup əlil Qulibekov Ziyafət Yaşar oğlu,məmur ozbaşınalığından son ümid yeri olaraq "DogruXeber.az" informasiya agentliyini seçmişdir. Dərdini bizə danışan vətəndaş bildirir ki,yerli dövlət orqanlarında onu dinləyib,dərdinə əlac edən şəxs tapılmır.

Elə bu məqsədlə də bizim agentliyin vasitəsi ilə öz dərdini ölkə başçısına çatdıran vətəndaş,ona hər hansısa bir köməklik edilməsini istəmişdir. Hər birimizə məlumdur ki,ölkə başçısı cənab İlham Əliyev keçirdiyi müşavirələrinin hər birində xüsusi olaraq vurğulamışdır ki,məmur xalqın xidmətçisidir. Amma bu gün özünü xalqın ağası hesab edən bir çox məmurlarında olduğu məlum olur. Belə ki,uzun illər Suraxanı rayonuna rəhbərlik edən hörmətli İlqar Abbasov hazırda isə Prezidentin göstərişinə əsasən Şirvan şəhərinə icra başçısı təyin olunmuşdur. Şirvan şəhər sakini,2-ci qrup əlil Z.Qulebekovun müraciətinə nəzər saldıqda,insanı ilk təəccübləndirən məqam,icra başçısının vətəndaşa qarşı laqeyid münasibət göstərməsi,ölkə başçısının etimadına xəyanət etmiş kimi hesab etmək olar.

Bunu qeyd etmək bizim üçündə xoş olmasada,amma demək məcburiyyətindəyik ki,icra başçısı İ.Abbasov Suraxanı rayonuna uzun müddət rəhbərlik etdiyi dövürdə,barəsində sosial mediada dərc olunan məlumatlar heç də qənaət bəxş deyil. Amma bulara baxmayaraq ölkə rəhbəri cənab İ.Əliyev növbəti dəfə İ.Abbasova daha bir fürsət yaratdı ki,bu dəfə verilmiş fürsətdən rayon sakinləri üçün səmərəli istifadə etsin.

Əlqərəz,bu yerdə məşhur "atalar" sözünü qeyd etsək məqsədə uyğun olar. "Görünən dağa nə bələdçi"

Sözümüzün xülasəsində diqqətinizə bir məlumatı çatdıraq ki,buda mövzumuza aid bir məsələdir. Redaksiyamıza müraciət edən Z.Qulibekovun bildirdiyinə görə,müraciəti işıqlandırıldıqdan sonra rayon icra hakimiyyəti tərəfindən vətəndaşı yaşıllaşdırma idarəsində müvafiq bir işlə təmin ediblər. Amma evinin şəraitinə gəlincə isə Z.Qulibekovun sözlərinə görə icra başçısı ona bildirib ki,yaşadığın mənzilə hər hansı bir köməkliyi göstərsək gərək müraciət etdiyin informasiya agentliyini gətirib,görülən işləri işıqlandırasan. Açığı bu məlumatı eşitdikdə bizi çox təəcübləndirdi. Maraqlıdır ki,məmurların vətəndaşlara xidmət göstərməsi,onların birmənalı borcu olduğunu bildiyi təqdirdə Şirvan şəhər icra başcısı İ.Abbasov hansı maraqlara xidmət göstərir?

"DogruXeber.az"

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər