Gündəm

 

 

 

 

 

 

 

Mənim sosial şəbəkədə elə bir səhifəm yoxdur və heç vaxt o cür paylaşımlar etmirəm.

Mumtv xəbər verir ki Bu sözləri Kult.az-a xalq artisti Afaq Bəşirqızı Feysbukda adına açılan saxta profil və oradan edilən paylaşımlar barədə danışarkən deyib.

A.Bəşirqızı bildirib ki, saxta səhifənin açılmasından xəbərsizdir:

"Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm. Hansısa deputatlığa namizədlə bağlı paylaşım da etməmişəm və heç vaxt belə şeylərə qatılmıram, bu kimi şeylərdə iştirak etmirəm. Səhifəni kim açıb, daha sonra kim silib, məlumatsızam”.

Xalq artisti bildirib ki, iki ilə yaxındır açdığı şəxsi səhifəsindən başqa sosial şəbəkədə heç bir səhifəsi yoxdur:

"Mənim Feysbuk şəxsi və rəsmi səhifəm "Afaq Bəşirqızı”dır. İki ilə yaxındır ki, o səhifəni açmışam və ondan başqa səhifəm yoxdur. Şəxsi səhifəmdə heç vaxt hansısa deputatla bağlı paylaşım etməmişəm, məlumat paylaşmamışam. O səhifə mənə aid olduğu üçün paylaşımlar da mənə aiddir. Ümumiyyətlə, hansısa deputata vəkillik etmək, onu tərifləmək kimi şeylərdən uzağam”.

A.Bəşirqızı deputatlığa namizədlərdən ona dəstək olmaq üçün müraciət edənlərin olduğunu da bildirib:

"Mənə gələn bu kimi təklifləri hər dəfə rədd etmişəm. Mənə elə gəlir ki, millət vəkili özünü xalqın qarşısında doğrultmalıdır. Millət vəkilliyinə iddialı olan şəxsin kiminsə tərifinə ehtiyacı olmamalıdır. Əgər ehtiyac olsaydı, mən onlarla bağlı nə isə söz deyərdim. Ancaq o adamlar özləri buna ehtiyac duymayıblar, özlərinə və xalqın onlara olan etimadına inanırlar”.

Bəşiqızı əlavə edib ki, növbəti dəfə onun adından bu kimi səhifə açan şəxslərə qarşı daha sərt addım atacaq:

"Mənim adımdan bu kimi saxta səhifə yaradan şəxslərə səslənərək bildirirəm ki, özlərini yığışdırsınlar. Əgər belə bir hal təkrarlansa, mən o adamın tapılması ilə bağlı müvafiq addım atacaq və o şəxsə qarşı olduqca sərt addımlar atacağam”.

Xatırladaq ki, xalq artisti Afaq Bəşirqızının adından saxta profil açılıb. "Qusi.aliyev.545” nikindən açılan Feysbuk səhifəsində Afaq Bəşirqızının adından deputatlığa namizəd Əziz Ələkbərlinin təbliğat videosu paylaşılıb və onu dəstəkləmək üçün çağırış edilib.

Hazırda səhifə bağlanıb.

Son xəbərlər

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Bütün xəbərlər