Gündəm

Deputat mal-qara alveri ilə məşğul olurmuş - İDDİA
 
 
 

 
 
 
 
 
Deputat Mirkazım Kazımlı ilə bağlı maraqlı iddia gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yaxın günlərdə buraxılacaq Milli Məclisin sözügedən deputatı ilə bağlı yazıb ki, "Qasid” Mətbuat Yayım şirkətinin rəhbəri Uukraynada mal-qara alveri ilə məşğul olurmuş.

Onun yazdığına görə, deputat Ukraynada iki şirkət açıb və hər ikisini oğlu Səid Kkazımovun adına rəsmiləşdirib. "İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi "mal-qaranın topdansatışı" göstərilib. Sənədlərdə qeyd olunur ki, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, cənab Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Mal-qara alverçiləri Anatoli Lapinski adlı Ukrayna vətəndaşını şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin”.

Cavanşir Həsənli bildirir ki, deputat və oğlunun alveri o qədər yaxşı gedib ki, ət və konserv məhsullarının biznesinə də girişiblər. "Bu məqsədlə ötən ilin avqustunda Kiyevdə "Mir-M.L" MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni "tuşenka" hazırlamaqdan ibarətdir.

Işdir-şayətdir, sabah market vitrinlərində Ukrayna istehsallı, halal sertifikatlı MİR-M.L tuşenkoları görüb eləsəniz bilin ki, halal-zad deyil, mayasında qəzetlərə "atılmış" pullar var”.

Jurnalist onu da qeyd edir ki, qəzetlərin satışı ilə məşğul olmuş "Qasid” Mətbuat Yayım şirkətinin rəhbəri olan Mirkazım Kazımlının adı bir çox qalmaqallara qarışıb. Məsələn, "Azadlıq” qəzetinin devalivasiyadan əvvəlki məzənnə ilə 70 min manatı, "Yeni Müsavat” və digər qəzetlərin də həmçinin az olmayan məbləğləri bu günə qədər ödənilməyib. "Heç bundan sonra da ödənilməyəcək həmin pullar”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər