Gündəm

Rafael Cəbrayılov həbs oluna bilər — Eldar Mahmudovdan hədiyyə alıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Deputat mandatına xitam verilən Rəfael Cəbrayılov parlamentdən istefa verməklə canını qurtara bilməyəcək. Çünki onun törətdiyi əməllər məsuliyyət yaradır, onun bu davranışlarına iqtidar tərəfindən də sərt reaksiya verilib. Belə görünür ki, Cəbrayılov növbəti mərhələdə məsuliyyətə cəlb olunacaq. Artıq Mərkəzi Seçki Komissiyası Milli Məclisin müraciətinə baxıb və onun üzərindəki deputatlıq toxunulmazlığını ləğv edib. Bununla da sabiq deputatı gözləyən həbs təhlükəsi artıb.

 
R.Cəbrayılovla bağlı bir sıra maraqlı faktlar da üzə çıxıb.


Qaynarinfo-nun yazdığına görə onun şəxsi avtomobilinin nömrəsi "009" olub. Bəziləri bu nömrəni ona qalmaqallı şəkildə ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun hədiyyə etdiyini deyirdi. Eks-deputat isə bunu yalanlayıb. Həmin avtomobil nömrəsini o, 2008-ci ildə alıb. Bu nömrə Binəqədi rayonundan III və IV çağırış Milli Məclisə mandat əldə etdiyi seçki dairəsininin və deputat mandatının nömrəsi olub.


Hazırda aldığı külli miqdarda borcu qaytarmadığı üçün bir neçə nəfər ondan şikayətçidir və sabiq deputat məhkəməyə verilib. Çoxları onun deputat mandatından imtinasının heç nəyi həll etmədiyini, yəni təhlükələrin üzərindən sovuşmadığını düşünür. Borcları qaytaracağı təqdirdə həbs təhlükəsindən qurtula biləcəyini deyənlər də var.

 

Image result for Eldar Mahmudov


Hüquqşünas Əlövsət Allahverdiyev "Yeni Müsavat”a açıqlamasında konstitusiyamızdan sitat gətirib: 


"Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər.

 
Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatına əsasən parlamentin qərarı ilə xitam verilə bilər. Bu, "Deputatların hüquqi statusu haqqında" Azərbaycan Respublikasının Qanununda da göstərilib. 

 

Image result for rafael cəbrayılov


Göründüyü kimi, bu toxunulmazlıq deputatlara səlahiyyəti müddətində verilir. Səlahiyyət müddəti bitəndən və ya mandatdan məhrum olunandan sonra bu toxunulmazlıq ona şamil olunmur. Əgər o, hər hansı formada qanunazidd fəaliyyətlə məşğul olarsa və ya cinayət əməli törədərsə, normal qaydada məsuliyyətə cəlb olunacaq. 


Söhbət Rəfael Cəbrayılovun məsuliyyət məsələsindən gedirsə öncə onun əməlində cinayət tərkibinin olub-olmaması aydınlaşdırılmalı və sonra məsuliyyət məsələsi müəyyən olunmalıdır. Bu da hüquq-mühafizə və məhkəmə orqanlarının işidir".


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər