Gündəm

Vurğun Əyyubu xilas etmək olmazdımı? - Həkimi Adil Qeybulla: “O özü maddi köməkdən imtina etdi”
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"Vurğun Əyyub 2 ilə yaxın idi ki, xəstəydi və onun bütün xəstəliyi müddətincə müalicə, müayinə prosesində yaxından iştirak etmişəm. Amma bununla bağlı detalları özü də ictimaiyyətə açıqlamaq istəmirdi. Ona görə də xırdalığına getmək istəmirəm. Hər halda Vurğun bəy ağır xəstəlikdən uzun müddət yataq rejimində qaldı”.


Bu sözləri Modern.az-a Vurğun Əyyubun həkimi, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, hər şeyə rəğmən, Vurğun bəy izdirablarını ailəsinə, dostlarına büruzə verməməyə çalışıb, baş çəkən dostları ilə optimist ruhda ünsiyyət qurub:


"Hətta dostları onun xəstəliyinin bu dərəcədə ağır olduğunu düşünmürdülər. Mən o zaman əmin oldum ki, Vurğun Əyyubun güclü ruhu var. Söhbət ağır xəstəlikdən gedir. Təəssüf ki, ona gətirib çıxaran səbəblər də vardı. İnsan həyatdan köçəndən sonra "keşkə” deməyin, "elə olsaydı, belə olardı” – deyə düşünməyin faydası yoxdur. Ortada alın yazısı məsələsi də var”.


Adil Qeybullanın sözlərinə görə, Vurğun bəyə kömək edənlər ancaq dostları, yaxınları, ailə üzvləri olub:


"Bilirsiniz ki, Vurğun Əyyubun ətrafındakı şəxslərin, ona kömək etmək istəyənlərin, müxalif düşüncəli adamların maddi imkanları elə yüksək səviyyədə deyil. Ona görə də həmin cameədən ciddi maliyyə dəstəyi gözləmək düzgün olmazdı. Amma ona ən çox kömək edən qohumları, Demokratiya və Rifah Hərəkatının rəhbərliyi, Anar Əsədli olublar. Anar Əsədli maddi, təşkilati cəhətdən Vurğun bəyin Türkiyədə bir müddət müalicəsini öz üzərinə götürmüşdü. Dostlar nə əllərindən gəlirdi, edirdilər. Ailə üzvləri də çox fədakarlıq göstərirdilər.

 

Türkiyədə müalicə olunanda həkimi Bülənt bəylə əlaqə saxlayıb, məsləhətləşmələr aparırdıq. Amma sonuncu dəfə Türkiyəyə gedəndə durum çıxılmaz idi. Onun özünə bu barədə deməsək də, vəziyyətdən çıxış yolunun olacağına ümid edirdik.

 

Xəstəlik çox ağır idi. Qarşısını almaq mümkün deyildi. Təəssüf doğuran odur ki, Vurğun bəyi itirdik. O, böyük əzab və iztirab içərisində dünyadan köçdü”.


Hakimiyyət dairələri tərəfindən Vurğun Əyyubun müalicəsinə dəstək təklif edildiyi haqda iddialara gəlincə, A.Qeybulla bunu təsdiqləyib. O diqqətə çatdırıb ki, Vurğun Əyyub özü və ailəsi bu köməkdən imtina ediblər:


"Bunun detallarına varmaq istəmirəm. Amma o özü maddi köməkdən imtina edib, ailəsi də bunu qəbul etməyib. Sadəcə, biz çox istəyərdik ki, milli hakimiyyətin çox parlaq nümayəndəsi, Azərbaycan təhsilində inqilabi yenilik sayılan test imtahanlarının tətbiqinin müəllifi kimi dövlət üçün xidmətlərinə görə o, Fəxri xiyabanda dəfn olunsun. Belə bir ideya var idi. Təəssüf ki, müvafiq dairələr tərəfindən buna reaksiya verilmədi. Düşünürəm ki, Vurğun bəy kimi insanlar Azərbaycanın Fəxri xiyabanında uyumağa laiqdirlər.

 

O, son müsahibəsində də deyib ki, "mən gördüyümü görmüşəm, yaşadığımı yaşamışam”. Vurğun bəy o qədər təmənnasız insan idi ki, heç nəyin əvəzini tələb etmirdi. Onun üçün dəbdəbəli həyat arzusu yox idi. Bu məsələlər onun mənəviyyatı ilə daban-dabana zidlik təşkil edirdi. Yeganə siyasətçilərdən idi ki, sosial şəbəkələrdə, mediada onun ünvanına mənfi fikirlər heç vaxt olmayıb. Nöqsansız adam yoxdur, amma məncə, Vurğun bəy məhz nöqsansız adam idi”.

 

Vurğun Əyyubun əmisi oğli İsmayıl Əyyubov son günlər mediada, sosial şəbəkədə Vurğun Əyyubun "yazıq, möhtac, qısnanmış, çərləmiş” obrazını yartmağa çalışanlara etiraz edib:

 

"Onun kiməsə maddi-mənəvi baxımdan ehtiyacı yox idi...
Vurğun Əyyub Xəzər Universıtetının kafedra müdiri idi, daha öncə Türkiyədə dərs demişdi, kitablar redaktə edirdi, bəzi QHT-lərlə əməkdaşlıq edirdi. Yetərincə normal qazanc sahibi idi. Xəstəliyi ilə bağlı gərəkli bütün prosedurlardan keçmişdi. Buna maddi imkanı vardı. Sadəcə, Azərbaycan səhiyyəsi onun dərdini vaxtında aşkara çıxara bilməmişdi. Türkiyədə Hacettəpə xəstəxanasında uzmanlar diqanozu qoyanda isə xəstəliyinin çarəsiz olduğunu bildirmişdilər. Amma bununla belə yıxılmadı, inamla, ümidlə mücadilə apardı, dostların, yaxınların diqqət dolu çevrəsində bircə gün belə tək olduğunu hiss etmədi. Əksinə, bəzən bu diqqət və sevgi seli onu yorurdu, ziyarətlərin azalmasını rica edirdi, bəzi dostlarla görüşü ertələyirdi”.

 

İsmayıl Əyyubov bir məsələyə də etirazını bildirib: "Kimlərsə Müsavat Partiyasının keçmiş və indiki başqanları ilə Vurğun Əyyubun münasibətlərini yenidən gündəmə gətirməyə, "analiz etməyə” çalışırlar. Guya onun partiyadan çıxarılması xəstələnməsinə səbəb oldu. Əsla!!!”.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər