Dünya
Dünya / Səhiyyə
Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 326 yoluxma halı qeydə alınıb.
Mumtv.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 6 192 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 413 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 906 nəfərin sağaldığı, 36 nəfərin isə vəfat etdiyi bildirilir.
(Lent.az)