Gündəm
Gündəm / Dünya
Gürcüstanda koronavirusa yoluxama sayı 600-ü ötdü
Gürcüstanda daha 12 nəfər yeni növ koronavirusa yoluxub.
Mumtv.az Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi sayta istinadən bildirir ki, bununla da ölkədə virusa yoluxanların sayı 604-ə çatıb.
Onların 240-ı sağalıb, 9 nəfər isə vəfat edib.
Hazırda ölkədə 4887 nəfərin karantində, 500 nəfərin isə stasionar nəzarətdə saxlanıldığı bildirilir.