Dünya

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Ermənistanın Baş naziri Nikol Paşinyanın İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki göndərməsini ikiüzlülük adlandıran bəyanatı ilə əlaqədar "Aldiplomasy” internet qəzetinin baş redaktoru Əşrəf Əbu Ərəfə geniş məqalə yazıb.

Mumtv.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, misirli jurnalistin şərhində qeyd olunur ki, müsəlman ölkəsi olan Azərbaycanın ərazisini işğal edən, əhalisini qətlə yetirən Ermənistanın Baş nazirinin İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki səmimi deyil. "Ramazan bayramında İslam ölkələrinin liderlərinin diqqətini cəlb etmək məqsədilə təbrik məktubları göndərən qeyri-müsəlman dövlətin lideri Paşinyanın ölkəsinin illər boyu Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonları işğal altında saxlaması, dinc insanları, o cümlədən qadınları, uşaqları və yaşlı insanları qətlə yetirməsi faktı dünya ictimaiyyətinə, bütün müsəlmanlara məlumdur. Heç şübhəsiz ki, Ermənistanın rəsmi şəxslərinin təbriki Azərbaycan xalqının ədalətli mövqeyi və pozulan hüquqlarının fonunda "balın içində olan zəhər” təəssüratı bağışlayır. İşğalçı ölkənin bu təbriki azərbaycanlıların, eyni zamanda, bütün müsəlmanların hüquqlarının kobud şəkildə pozulduğu bir şəraitdə açıq-aşkar riyakarlıqdır”.

Müəllif qeyd edir ki, Ermənistan öz ərazisində yaşamış müsəlmanlara da zülm edərək, onları öz doğma yurdlarından didərgin salıb. Onun həyata keçirdiyi etnik təmizləmə siyasəti, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin dağıdılması və Xocalı soyqırımı kimi ağır qətliamlar bütün bəşəriyyətı qarşı törədilmiş cinayətdir. "Ermənistan, əslində, bununla İslama qarşı təcavüzkar siyasət aparır. Bu ölkə müsəlmanların hüquqlarını bərpa etməli, işğal etdiyi ərazilərdən tezliklə çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Lakin Nikol Paşinyanın təxribatçı hərəkətləri göstərir ki, o, bu cür yanaşmadan çox uzaqdır”, - deyə baş redaktor vurğulayır.

Məqalənin sonunda qeyd olunur: "Ramazan bayramında təbrik göndərməkdənsə, Ermənistan hakimiyyəti İslam dünyasına və müsəlman əhalisinə hörmətlə yanaşmalı, yalançı çağırışlara son qoymalı, İslam Əməkdaşlıq Təşkilatının işğala son qoymaq haqqında qərarlarını yerinə yetirməlidir”.

Məqalənin tam mətni ilə https://www.aldiplomasy.com/?p=93709 linkindən tanış olmaq mümkündür.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər