Siyasət

David Tonoyan: “Qarabağ məsələsi həll olunub”
 
 
 

 
 
 
 
 
 
 
 

Ermənistanın müdafiə naziri David Tonoyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi "həll edilmiş məsələdir”. Tonoyan özünün ali baş komandanı Nikol Paşinyanın artıq fiaskoya uğramış "Qarabağ Ermənistandır, nöqtə” tezisinin ruhunda çıxış edərək jurnalistlər qarşısında belə pafoslu bəyanat verib.

 

"Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?”,-jurnalist müdafiə nazirindən soruşub.

 

"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”,-Tonoyan Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etməsini "məsələnin həlli” kimi təqdim edərək pafosla deyib.

 

Bunun ardınca jurnalistlər ondan Paşinyanın həmin frazasına beynəlxalq reaksiyalar barədə soruşublar. Hansı ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən "Valday” forumu zamanı Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” bəyanatını tənqid etmişdi və bunu "Kosovo Albaniyadır” deyən Albaniya baş nazirinin yanaşması ilə müqayisə etmişdi.

 

Tonoyan suala cavab olaraq deyib ki, erməni diplomatları "belə reaksiyalara münasib cavablar verirlər”. Lakin jurnalistlər ondan əl çəkməyiblər, bu dəfə BBC-nin "Hard Talk” proqramında ötən həftə xarici işlər naziri Zöhrab Mnatsakanyana verilmiş sərt suallara, ermənilərin Qarabağda cinayətlər törətdiyi və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu haqda aparıcının birmənalı qeydlərinə münasibətin niyə olmaması haqda soruşublar. "Məni bu söhbətə çəkməyin. Vaxtilə mən öz yanaşmamı ortaya qoymuşam”,-Tonoyan deyib.(Virtualaz.org)


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər