Cəmiyyət

Nazirlikdən Metropolitan İncəsənət Muzeyinə ETİRAZ
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə etiraz edir.

Nazirliyə istinadən bildirir ki, Metropolitan İncəsənət Muzeyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama, Dağlıq Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir:

 

"Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinə xatırladır ki, təqribən otuz il müddətində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini qanunsuz olaraq işğal altında saxlamışdır.

UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında" 1954-cü il Haaqa Konvensiyası və "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Yüzlərlə tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı bu vandalizminin qurbanına çevrilmişdir.

İşğal olunmuş ərazilərdəki bütün məscidlər və digər İslam irsi demək olar ki, məhv edilmiş və donuzların saxlanıldığı məkana çevrilmişdir. İnsanlığa qarşı bu cinayətlər müxtəlif internet saytlarında və forumlarda öz əksini tapmışdır.

Müvafiq elmi araşdırma və tədqiqat aparmadan Metropolitan İncəsənət Muzeyi kimi nüfuzlu bir mədəniyyət müəssisəsinin aldanması və erməni təbliğatının alətinə çevrilməsi təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır.

Biz Azərbaycan irsinin vəziyyətinə yerində baxış keçirmək və Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq məqsədilə Metropolitan İncəsənət Muzeyini texniki missiya üçün işğaldan azad olunmuş ərazilərimizə dəvət edirik".



Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər