Cəmiyyət

Azərsu ASC daha bir şəhərdə içməli su və kanalizasiya layihəsinin icrasına başlayıb.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Məlumatda həmçinin deyilir ki, uzun illərdir içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir. Neftçala şəhərinin və ətraf kəndlərin sakinləri Şirvan-Muğan qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli su ilə təmin olunacaq.

Şirin su ehtiyatının məhdud olduğunu Neftçala rayonunun bütün yaşayış məntəqələrində içməli su təchizatı həmişə aktual olub. Neftçala şəhərində 1950-1970-ci illərdə tikilmiş içməli su təchizatı sistemləri istismar müddətini başa vurduğundan artan tələbatı ödəmək iqtidarında deyil. İndiyə qədər Neftçala şəhərinə içməli su Kür çayından götürülərək qismən təmizləndikdən sonra verilib. Bu baxımdan yeni layihənin icrasına başlanarkən ilk növbədə şəhərə etibarlı mənbədən - Şirvan-Muğan qrup su kəmərindən suyun verilməsi qərara alınıb. Neftçala şəhərinə suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında, relyef baxımından nisbətən yüksəklikdə 7 500 kubmetr tutumu olan su anbarının tikintisinə başlanıb. Bununla paralel olaraq anbardan Neftçala şəhərinədək 560 mm diametrli borularla 44 km uzunluğunda magistral su kəməri inşa edilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Neftçala şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri yaradılacaq. Tullantı sularının idarə olunması və təmizlənib zərərsizləşdirilməsi məqsədilə 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakin faydalanacaq.

Qeyd edək ki, hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Buna görə də rayon mərkəzinin, eləcə də 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Bu məqsədlə 15 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb və Salyan şəhərindən Neftçalaya suyun daşınması təmin edilir. Modul tipli sutəmziləyici qurğular quraşıdırılmış kəndlərdə isə çənlər daşıma suyu ilə doldurulur və müəyyən olunmuş qrafiklə bulaqlara su verilir.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər