Şou
Şou
Qızının göbəyini Kolumbiya Universitetində basdırtdı
Türkiyənin məşhur aparıcısı Bircan Bali hər kəsi təəccübləndirəcək addım atıb.Mumtv.az bildirir ki, ötən ayın sonunda ana olan TV ulduzu körpəsinin göbəyini Kolumbiya Universitetinin həyətində basdırtdırıb.
Bu barədə o, instaqram səhifəsində məlumat verib. Bildirilib ki, Bircan gələcəkdə qızının sözügedən ali məktəbdə təhsil almağı üçün belə bir addım atıb.
Qeyd edək ki, vəkil Murat Gezenlə evli olan Bali qızının adını Saygı Karen qoyub.
(Qafqazinfo.az)