Şou


Mumtv.az xəbər verir ki, BiG.AZ saytının "Seçilənlər” rubrikasının növbəti qonağı "Popstar” yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur.

2003-cü ildə "Kanal D”də yayımlanan "Popstar” yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qərar verdiniz və bu qədər sevilməyi necə bacardınız?
- Ailəmin dəstəyi və məsləhəti ilə "Popstar” yarışmasına qatıldım. Əgər sevilə bildimsə nə xoş mənə. Sevilmək üçün xüsusi bir metod istifadə etmədim sadəcə təbii olmağa çalışdım.

"Popstar” yarışmasında ifa etdiyiniz "Sessiz Gemi” və "Bu Gece Son” mahnılarınız həmin zamana damğa vurdu və hər yerdə səsləndi. Bu sizdə necə alındı?
- "Sessiz Gemi”ni ifa etdiyim həftə ilk dəfə həftəni birinciliklə bitirdim və bir çox insanın yaddaşında qalmağı bacardım. "Bu Gece Son” mahnısını isə hər həftə yarışmada mübarizəni dayandıran iştirakçının ardından mən oxuyurdum və mahnıda mənlə daha çox sevildi.


Ankara Universitetində siyasət təhsili almağınıza rəğmən necə oldu ki, müğənni olmağa qərar verdiniz?
- Mahnının mənim üçün bir ehtiras olduğunu fərq ettim və həyatımı buna həsr etmək istədim. Yaxşı ki, bu seçimi etdim. Bir daha seçmə şansım olsaydı yenə də müğənni olmağı seçərdim.

Işın Karaca, Bengü kimi məşhur müğənnilərin vokalistliyini etdiniz. Bəs karyeranızın əvvəlində hansısa məşhur sizə dəstək olub?
- Açıqcası heç kimdən dəstək görmədim. Bunu kimisə pisləmək üçün demirəm. Mən yıxıla dura tapdım öz yolumu.


Bir müsahibənizdə ulduzların gənclərin önünü kəsdiyini demişdiniz. Tam olaraq nəyi nəzərdə tutmuşdunuz və hələ də belə düşünürsünüz?
- Bəli, bu sözümün arxasındayam. Təəssüf ki, istedadsızlar istedadlılardan daha irəli getmək üçün onların önünü kəsirlər ki, özlərinə daha çox pay düşsün. Xüsusilə istedad yarışmalarında həqiqətən bacarıqlı olanları və ulduz işığı olanları qəbul etmirlər və ya ilk turda mübarizədən kənarlaşdırırlar.
 


Azərbaycanda sizin "Zalim” mahnınız çox sevildi. Böyük bəstəkarımız Eldar Mansurovun musiqisi və gözəl aktrisamız Aysel Nazimin klipdə çəkilməsi bizim diqqətimizi çəkdi və çox bəyəndik. Bu layihə necə reallaşdı?
- "Zalim” Kanun Yıldırımın layihəsi idi. Mənə solist olmağı təklif etdi və məmmuniyətlə qəbul etdim. Çünki çox sevdiyim mahnıdır. Hətta məncə ölümsüz bir mahnıdır. Mən də bəstənin Eldar bəyə aid olduğunu öyrənəndə, dəyərli dostum Aysel Nazimdən "kliptə çəkilmək istəyərsən mi?” sualını soruşdum. Sağolsun təklifi qəbul etdi. Biz klip üçün Almaniyada görüşdük və orada çəkildi. Həqiqətən də çox uğurlu bir iş ortaya çıxdı.

Azərbaycanda tanıdığınız müğənnilər var mı?
- Təbii ki, var. Azərbaycanda çox dəyərli sənətçilər var. Məsələn 2010-cu ildə Faiq Ağayev ilə Bakıda tanış olmuşduq. Elnarə Xəlilova ilə 2014-cü ildə "Dayan” adlı bir duetimiz olub. Böyük sənətkar Polad Bülbüloğluna da çox böyük hörmətim var.

Karyera hədəfləriniz nələrdir?
- Bəlkə də heç bir zaman bu xəyalıma nail olmayacağam amma mən mahnılarımı və səsimi bütün dünyaya dinlətmək istəyirəm.

Sizcə Türkiyənin ən yaxşı kişi və qadın müğənniləri kimlərdir?
- Ən yaxşısın seçmək çox çətindir amma mən Fatih Erkoç və Sezen Aksu heyranıyam.

Yaxın keçmişdə sizin "Eurovision”da Azərbaycanı təmsil edəcəyiniz gündəmə gəlmişdi. Gələcəkdə belə bir şeyin olmağını istəyərsiniz?


- Bəli belə bir mövzu olmuşdu. Əgər bir gün reallaşarsa Azərbaycanı təmsil etməkdən qürur duyaram.

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər