Şou

"Allaha şükür, Ali Attestasiya Komissiyasının rəhbəri dəyişib"
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Ali Attestasiya Komissiyası ilə bağlı problemini dilə gətirib. Müğənni sözügedən qurumdakı rəhbər dəyişikliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Sənətçi Ali Attestasiya Komissiyasında yeni sədr təyin edilməsi ilə bağlı sevindiyini və probleminin bundan sonra həllini tapacağına ümidli olduğunu bildirib. 
Məsələnin detallarını öyrənmək üçün Əməkdar artistlə əlaqə saxladıq. Müğənni "Yeni Sabah” a açıqlamasında 12 ildir ki, Rusiyada aldığı elmi dərəcəsini təsdiqlədə bilmədiyini deyib:
"2007-ci ildə mən Sankt-Peterburq şəhərində müdafiə etdim, iqtisad üzrə elmlər namizədi oldum. Mən akademiya bitirmişəm, aspirantura bitirmişəm, iki universitet  bitirmişəm. Sonra gəldim Azərbaycana. Mənə dedilər ki, nostrifikasiya (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi – Red.) keçməlisən. Nostrifikasiyanı keçmək üçün də gərək komissiya  yığıla və səni təsdiqləyə. 
Mənə dedilər ki, sənədlər yığılmalıdır. Mən də sənədləri yığdım, verdim Ali Attestasiya Komissiyasına. Sonra dedilər ki, biz sizə xəbər verəcəyik. Üstündən bir il, iki il keçdi, gah dedilər o sənəd yoxdur, gah dedilər bu sənəd yoxdur.  Onları təhvil verdim. Sonra çağırdılar dedilər ki, sizin sənədlərinizə baxıb bir cavab deyəcəyik. Üstündən bir il də keçdi. Sonra nə isə dəyişildi, yenə çağırdılar dedilər ki, filan sənəd yoxdur və s. 
Nə isə məni çox incitdilər. Nəticədə mən neçə illərdir o nostrifikasiyanı keçə bilmirəm. Bu düzgün deyil axı, ayıbdır. Mən dəfələrlə televiziyada, radiolarda çıxış etmişəm, belə şey olar? Mənə səbəbini də demirlər. Mən bilmirəm heç səbəb nədir”. 
Qeyd edək ki, bu ilin iyun ayında Prezident İlham Əliyev Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər