Sosial

ETSN canavarların kəndlərə hücumunun artmasının səbəblərini açıqlayıb
 
 
 
 
 
 
 
 
 
"Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır".

MUMTv.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır: "Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil. AMEA-nın Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".

H.Əlizadə qeyd edib ki, az sayda ölkələrdə meşələrdə canavarların yemlənməsi üçün yem qoyulma halları olur: "Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlar üçün meşələrə yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Dünyada çox az sayda ölkələr, o cümlədən, Azərbaycan kənd təsərrüfatı heyvanlarının saxlanması qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub, 7 qoyun tələf olub. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyublar. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa, o zaman dövlət tərəfindən onun tənzimlənməsi məsələsinə müdaxilə oluna bilər"./APA

Son xəbərlər

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Bütün xəbərlər