Sosial

 
 
 
 
 
 
"Burada məhbuslara əsl soyqırım yaşadılır, alçaldılır, təhqir edilir"

Son illərdə Penitensiar Xidmət sahəsində aparılan islahatlar nəticəsində bir çox neqativ amillər aradan qaldırılıb. Təəssüflər olsun ki, müxtəlif cəzaçəkmə müəssisələrində baş verən qanunsuzluqlar, özbaşınalıqlar barədə KİV-lərdə məlumatlara rast gəlinir. Bütün bunlar isə bir daha sübut edir ki, bu sahədə hələ də görülməli işlər çoxdur.

Rubrika.az saytının əldə etdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslara əsl fəlakətli "insanlıq dramı" yaşadırlar. Şikayətçi məlumatında müəssisədə baş verən qanunsuzluqlar barədə söhbət açılır,məhbusların ağır həyat şəraitindən şikayətlənilir. Şikayətçi CÇM-nin rəisi Çingiz Yunusovun məhbuslara qarşı sərt cəza tədbirlərindən istifadə etdiyini, işgəncələr verdiyini bildirir.

"Yeni təyin olunmuş rəis Çingiz Yunusov müəssisəyə sanki düşmən kimi gəlib. Məhbuslardan addımbaşı pul tələb olunur. Ən adi ehtiyaclarını ödəmək üçün məhbuslardan pul alırlar. Telefonla danışmaq üçün 15 dəqiqəyə 3 manat pul alırlar."

Şikayətçinin sözlərinə görə məhbuslara ən kiçik səhvinə görə sərt cəzalar tətbiq edilir,şəxsiyyətləri alçaldılır: "Məhkumlara işgəncələr verilir, döyülür. Döydükdən sonra isə Ç.T.X-da çarpayıda bir-birinin üstünə bağlayır, təbii ehtiyaclarını üzərlərinə etmələri tələb edilir. Məhbuslardan siqaret tələb edənləri asaraq döyürlər. Burada məhbuslara əsl soyqırım yaşadılır, alçaldılır, təhqir edilir.”

Şikayət məktubunda həmçinin müəssisənin əməliyyat şöbəsinin kapitanı Şahin adlı şəxsin əməllərindən də söz açılır. "Şahin müəssisədə meydan sulayıb at oynadır. O,məndən öz çarpayımda yatmaq üçün 200 manat pul istədi,mən isə pulumun olmadığını bildirdim. Əvvəlllər yataqxananın təmiri üçün 450 manat vediyimi söylədim, indi isə imkanımın olmadığını dedim. Ancaq Şahin bunlara məhəl qoymadı. Şikayət edəcəyimi deyəndə isə "get kimə istəyirsənsə de,buranın sahibi bizik” deyərək mənə hədə-qorxu gəldi.”

Məhbusun qan donduran sözləri 13 saylı cəzaçəkmə müəssisəsində hökm sürən acınacaqlı durumu göz önündə canlandırır. Yəqin ki, əlaqədar qurumlar deyilənlərə biganə qalmayacaq, vəziyyətə tezliklə müdaxilə edəcəklər.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər