Sosial

“Bir məktəbdə 50 Yusif varsa...” - Gələcək nəsillərə nə ötürürük?
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Bu il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların ilk 10-luğunu dini adlar təşkil edib. Oğlan adları arasında Yusif, qız adları sırasında isə Zəhra birinci yerdə qərarlaşıb.

Araşdırmalar göstərir ki, ümumilikdə, son beş ildə uşaqlara qoyulan adlar arasında dini mənşəli adlar üstünlük təşkil edib.

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

"Bəs bu tendensiyaya səbəb nədir? Valideynlər niyə türk mənşəli adlara üstünlük vermirlər?

Məsələ ilə bağlı "Yeni Sabah”a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, bu tendensiyanın qarşısını almaq mümkün deyil:

"Mənim öz nəvələrim arasında türk adları qoyulan da, dini adlar qoyulan da var. Buna mən qarışa bilmərəm. Amma ən çox sevdiyim və uşaqlara qoyulmağını tövsiyyə etdiyim iki ad var: Tural və Anar. Kitabımda da bunu xüsusi vurğulamışam. Çünki hər ikisi türk mənşəli addır. Cəfər Cabbarlı görün nə qədər ad yaradıb: Sevil, Sevər, Gülüş, Gündüz, Aydın, Oqtay və s. Bu birbaşa milliliklə bağlı olan məsələdir".

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın da fikirlərini öyrəndik. 

O, eyni adların təkrar-təkrar verilməsinin cəmiyyətdə yeknəsəklik yaratdığını dedi:

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

"Valideynlər öz arzu və istəklərinə uyğun olan adlar qoyurlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında komissiya isə buna nəzarət edir. 2010-cu ildə qəbul olunan qərarda deyilir ki, uşağın cinsinə uyğun gəlməyən, səslənməsi xoş olmayan adların qoyulmasının qarşısı alınsın. Əli və Yusif  bu gün ən çox qoyulan adlar arasındadır. Ancaq biz bunun qarşısını ala bilmərik. Amma bu adların çox uşağa qoyulması o qədər də yaxşı hal deyil. Çünki eyni adların təkrar-təkrar verilməsi cəmiyyətdə yeknəsəklik yaradır. Biz istərdik ki, maariflənmə əsasında türk mənşəli adlara üstünlük verilməsinə nail olaq. Əgər bir məktəbdə 50 uşağa Əli adı, Yusif adı verilirsə, bu heç də müsbət hal deyil. Bizim zəngin adlar sistemimiz var və bu adların  qoyulması, gələcək nəsillərə çatdırılması çox yaxşı olardı. Mütləq maarifləndirmə işləri aparılmalıdır".


Son xəbərlər

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bütün xəbərlər