Siyasət

Əliyevin bu çıxışlarını sevinc içində izlədik - Meleyev
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 

Azərbaycanda gedən Vətən müharibəsinin tarixini izləmək və şahidi olmaq üçün Bakıya səfər edən qazaxıstanlı politoloqlar, blogerlər və jurnalistlər Ermənistan hakimiyyəti tərəfindən Gəncə və Bərdədə törədilən terror aktlarının nəticələri ilə tanış olduqdan sonra Şamaxı şəhərinə səfər ediblər.

Mumtv.az Kult.az-a istinadən xəbər verir ki, Şamaxı şəhərində qonaqları İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Görüşdə iştirak edən nümayəndə heyətinin rəhbəri, Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli Qazaxıstandan Vətənimizə səfər edən qonaqların arzu və məramları haqqında icra başçısına məlumat veib. İcra başçısı T.Məmmədov öz növbəsində qonaqlara Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərinin tarixindən, bugünkü inkişafından, bu yurdun dünya ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlərdən, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərindən, qazilərindən danışıb.

Daha sonra qonaqlar Şuşanın azad olunması zamanı qəhrəmanlıqla şəhid olan Nəcəf Şikar oğlu Şikarovun ailəsinə baş çəkib, yas mərasimində iştirak ediblər. Azərbaycanlı oğulların qəhrəmanlıq salnaməsini kinolentinə köçürən qazaxıstanlı jurnalistlər Nəcəf Şikarovun da ailə üzvlərinin xatirələrini lentə alıblar.

Nümayəndə heyətinin ağsaqqalı jurnalist Serik Meleyev şəhidin atası Şikar Şikarova başsağlığı verərkən bildirib ki, bütün qazax xalqı azərbaycanlıların öz doğma torpaqları uğrundakı mübarizəsində göstərdikləri qəhrəmanlıqlarla fəxr edirlər, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını sevinc və vüqarla izləyirlər.

O qeyd edib ki, Azərbaycanın uğuru və sevinci həm də qazax xalqının sevincidir.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər