Siyasət

İlham Əliyev: “Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”
 
 
 
 
 
 
"Mən göstəriş vermişəm ki, Azərbaycan ordusu təmniklə hərəkət etsin, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini ya hərb, ya da sülh yolu ilə tapmalıdır”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal altında olan torpaqlardan çıxmalıdır:

"Bizə konkret cədvəl verilməlidir ki, Ermənistan neçə günə hansı torpaqlardan çıxmalıdır. Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qarşımızda diz çöküb. Sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir”.

İ.Əliyev vurğulayıb ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir:

"Bütün siyahılar bizdə var. Nə vaxt hansı təyyarənin haraya gəlməsi, nəyi haraya boşaltması barədə məlumat var. Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb.

Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan Ermənistanın baş naziri indi onun-bunun ayağının altına yıxılıb kömək istəyir, imdad diləyir.

Özünü, xalqını alçaldır. Silah verməyin, bu məsələni qurtaraq. Bizə heç kim silah vermir. İki gündən sonra yalvara-yalvara gələcək. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Biz buna səssizmi qalacağıq?”

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər