Siyasət

Azərbaycan yeni risklə ÜZ-ÜZƏ - Ərazilərimizi işğaldan AZAD EDƏ BİLƏRİK
 
 
 
 
 
 

Silahlanma yarışı özü ilə siyası aqressiya da gətirir.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında ABŞ-ın orta mənzilli və Ballistik raketlər nəslindən olan raketlərin sınağını keçirtməsinə münasibət bildirib.

Politoloq hesab edir ki, bununla Vaşinqton silahlanma yarışına start verməklə, dünyada yeni siyasi mənzərənin yaradılmasına başlayır:

"Bu, "Orta Mənzilli və Ballistik raketlərin ləğvi haaqında” sazişdən çıxdıqdan sonra ABŞ-ın bu nəsildən olan raketlərinin ilk sınağı idi. Orta Mənzilli raketlərin ləğvi haqqında saziş 30 ildən sonra qüvvədən düşməklə, Rusiya və ABŞ arasında soyuq müharibənin yeni fazasına keçildi. Bu, Avropada, Asiyada yeni gərginliyə yol açacaq və Vaşinqtonun dünya jandarmı rolunu inkişaf etdirəcək. Hazırda Rusiya və Çin yeni silahlar üzərində işləyir və demək olar ki, ikiqütblü dünya nizamını yaradılmasına çalışır. Ona görə də, 1987-ci ildə bağlanmış bu müqavilə əvvəldən Rusiya tərəfindən pozuldu. Çünki Rusiya öz silah arsenalına inkişaf etdirməsi lazım idi. Bununla öz təsir coğrafiyasını genişləndirmək və əvvəlki nüfuzunu bərpa etmək idi. Buna baxmayaraq iqtisadi sanksiyalarla üzləşən Moskva silahlanma yarışında yeni maliyyə problemləri ilə üzləşəcək”.

Politoloq vurğulayıb ki, ABŞ bu müqavilədən çıxmaqla Çinin artan hərbi qüdrətini zəiflətmək və Rusiyanı küncə sıxmaqla yanaşı, bu iki dövlətlə əlverişli şərtlər daxilində yeni müqavilə bağlamağı planlayır:

"Cənubi Qafqaz regionu ABŞ və Rusiya arasında geopolitik maraq dairəsindədir. Hər iki dövlət çalışacaq ki, regionda təsirini artırsın. Bununla ABŞ Şərqi Avropa istiqamətində yeni ballistik raketlər yerləşdirə bilər. Rusiya da Xəzər dənizində yeni silahlanmayà start verə bilər. Məhz Suriya münaqişəsində Moskva Xəzərdən "Qanadlı Kalibrli" raketlər atmaqla regionda militarist siyasətini nümayiş etdirmişdi. Məhz bu kontekstdə Azərbaycan və region yeni risklərlə üz-üzədir və siyasi seçim imkanlarında çox ciddi problemlər olacaq”.

Politoloq bildirib ki, belə bir situasiyada Azərbaycanın silahlanması mütləqdir:

"Ölkəmiz öz ərazilərini işğaldan azad etmək üçün yeni beynəlxalq silahlanma xaosundan kifayət qədər yararlanmalıdır. Bu istiqamətdə ABŞ və Qərb dövlətləri ilə yeni silah alışıyla bağlı müqavilələr bağlaması perspektivi var. Bu silahlanma Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün unikal bir fürsət verəcək”.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər