İqtisadiyyat

Azərbaycandakı su qıtlığının səbəbi nədir?

Son günlər Kür çayında su səviyyəsinin azalması və buna dair yayılmış fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Mumtv.az Axşam.az -a istinadən xəbər verir ki, könüllülər həyəcan siqnalı çalaraq, yaxın gələcəkdə şirin su mənbələrində yaranmış problemlərin gələcəkdə daha da artacağını bildirir. Qeyd olunub ki, ölkəmizdən də yan keçməyən qlobal istiləşmə səbəbindən iqlim dəyişir, buzlaqlar əriyir, yağışlar isə artıq mütamadi yağmır, çayların su ehtiyatı daha da tükənir. Hətta lazımi tədbirlər görülməzsə yaxın 30 ildə Kür çayının Xəzərə çatmamış quruyacağı bildirilir.

Son zamanlarda istər bölgələrdə, istərsə də Bakı və Abşeron yarımadasında yaranmış içməli su ilə bağlı müraciətlərin sayında da xeyli artım var.

Mütəxəssislər də mətbuata açıqlamalarında içməli su ilə bağlı problemlərin yaşandığını təsdiqləyir. Sukanal ETLİ-nin direktor müavini, professor Fərda İmanov AzTV-nin efirində bildirib ki, 6 ildir ölkəyə daxil olan su normadan xeyli aşağıdır:

"Əsas su mənbəyimiz Kür çayıdır. Araşdırmalarımız göstərir ki, 2014-cü ildən başlayaraq 6 ildir ki, bizim ərazimizdə quraqlıq mövcuddur.

Qıraqkəsəmənlidə bizim hidroloji monitorinq məntəqəmiz var. Onlardan aldığım son statistikaya əsasən, hesablamalar göstərir ki, Kürün Azərbaycana daxil olduğu yerdə su ehtiyatları son 6 ildə 25% azalıb. İkinci vacib su mənbəyimiz Qanıq çayıdır. Orada isə azalma 24,1%-dir. Araz çayında isə vəziyyət daha acınacaqlıdır: 60% su ehtiyatı azalıb”.

 

Fərda İmanov qeyd edib ki, sadalanan rəqəmlər ölkədə içməli su ilə bağlı yaranmış çətinliyin başlıca səbəbidir:

"Azərbaycanın müəyyən miqdarda su ehtiyatları var, ancaq beynəlxalq təsnifata görə, biz su ehtiyatları məhdud olan ölkələr sırasındayıq. Ölkənin su ehtiyatlarının təqribən 70%-i ölkədən kənarda formalaşır. Son statistikaya görə, su ehtiyatlarına görə 170 ölkə arasında 105-ci, daxildə formalaşan şirin su ehtiyatlarına görə 140-cı yerdəyik.

Anbarlarımızı doldura bilmirik. Mingəçevir su anbarı Cənubi Qafqazın ən böyük su anbarıdır. Hazırda su ehtiyatları o qədər azalıb ki, anbar özünün ehtiyatlarını çoxillik tənzimləmə qabiliyyətini itirib. Ona görə yox ki, anbar düzgün istismar olunmur, ona görə ki, su ehtiyatlarımız azalıb.

Bizi nə gözlədiyi ilə bağlı beynəlxalq proqnozlar da, təəssüf ki, ürəkaçan deyil. Regionumuz üçün atmosfer yağıntılarının getdikcə azalacağı proqnozlaşdırılır. Çıxış yolu olaraq, biz reallıqla barışmalıyıq və ən əsası qənaətdir”.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin nümayəndəsi Firudin Tağıyev yaranmış vəziyyətlə bağlı qeyd edib ki, kənd təsərrüfatı bu gün sudan istifadə edən ən böyük istehlakçı qrupdur:

"Hazırda suvarma sistemlərimizin əksəriyyəti köhnədir və bununla yanaşı yanlış suvarma formaları istifadə olunur. Nazirlik olaraq fermerlərə daim innovativ sistemlərə keçilməsi tövsiyə edilir. Bu zaman suya 2-2,5 dəfə qənaət etmək mümkündür”.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Kür çayında suyun səviyyəsinin azalmasının içməli su ehtiyatlarına təsiri ilə bağlı açıqlamasında bildirib ki, hazırda Nefçala kəndlərinə su vermək üçün orada yerləşən modul tipli qurğulara maşınlarla su daşınılır, daha sonra nasoslarla bulaqlara vurulur:

"Ancaq Saatlı və Sabirabadda 13 modul tipli qurğu var və onlar suvarma kanallarından suyu götürüb təmizləyərək əhaliyə verir. Hazırda mənbədə su olmadığı üçün bu qurğular da fəaliyyətini dayandırıb. Hazırda həmin qurğular işləmir və insanlara içməli su vermir”.

Qurumun sözçüsü son zamanlar Bakı və Abşeron yarımadasında yaranmış içməli su ilə bağlı çətinliklərə belə münasibət bildirib:

"Qış aylarında Abşeron yarımadasına saniyə 11 min kub metr su veririk, heç bir problem olmur. Yayda bu rəqəmi 17-18-ə qaldırsaq da, yetmir. Çünki yayda insanlar içməli sudan daha çox suvarma məqsədilə istifadə edir.

Bizim sonuncu Kürdə sugötürmələrlə bağlı problemimiz yarandığı zaman su problemi, əsasən, Saray qəsəbəsi, Binəqədi kəndi, Masazırın bir hissəsi, Sabunçu, Xəzər rayonunun bir sıra ərazisində yarandı. Artıq bu, onu göstərdi ki, sudan istifadədə böyük israfçılığa yol verilir. Az qala yalvarıram ki, sudan qənaətlə istifadə edin.

İnsanlarımız sudan istifadə etməsin demirik. Qazonu da sulamaq olar. Ancaq doğru suvarma sistemlərindən istifadə etsinlər. Parklarımızda bağbanlar şlanqı qoyub gedir, görürük ki, su elə yol qırağı ilə axır.

Bu gün şəhərin şərq hissəsində ən böyük problemimiz infrastrukturdur. Həmin ərazilərdə şəbəkələrin yarıdan çoxu fərdi qaydada, məsələn, hər kəsin qonşusundan su götürmək yolu ilə həyata keçirilib. Mərkəzləşdirilmiş şəbəkə qurulmadığından orada itkilərimiz də çoxdur. Biz magistral xəttimizi tam təzyiqlə yükləyirik, ancaq həmin insanlara su gedib çatmır. Niyə? Çünki əvvəl orada 200 qonşu var idi, bir neçə il ərzində 200 ev də tikilib və artıq su tələbatı ödəmir”.

A. Cəbrayıllı onu da qeyd edib ki, sözügedən məsələnin həlli üçün "Azərsu” ASC-nin təklifləri var və gələcəkdə Bakı şəhərinin şərq hissəsini su ilə təmin etmək üçün Ceyranbatandan Zirə istiqamətinə üçüncü magistral kəmərin çəkilməsi vacib hesab edilir. Bundan başqa, dövlət büdcəsi hesabına infrastrukturun qurulması da planlaşdırılır:

"Masazır qəsəbəsinə verdiyimiz suyun maksimum 25-30 faizini sata bilirik. Çünki orada sayğacsız abonentlər də var. Hətta sayğacı olan imkanlı abonentlərimiz arasında qeyri-qanuni ikinci bir xətt çəkənlər də var. Bizdə inzibati tədbirlər də bir qədər çətindir. Gərək həmin qeyri-qanuni xətləri tapmaq üçün asfaltları qazaq, bu da bizim işimizi çətinləşdirir.

Elə abonentlər var ki, su xətti qurulmamışdan öncə aya 60 manat verib su alırdı. Bugünkü gündə sayğaca əsasən 10-15 manat pulu ödəmək istəmir”.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər